Siyasət

Pezeşkian “Ayrılığı kim saldı” ilə nə demək istəyib?

29 Aprel, 2025
92

açıq mənbədən götürülüb

İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Bakıda Azərbaycan-İran Biznes Forumunda çıxış edərkən Məhəmmədhüseyn Şəhriyardan şeir deməsi müzakirələrə səbəb olub. 

Ölkəsi ilə Azərbaycanın ticari əlaqələrindən danışan və bu əlaqələrin genişləndirilməsinin önəminə toxunan Pezeşkian Azərbaycan dilində “Heydərbabaya salam” şeirindən iki bənd oxumaqla çıxışını sonlandırıb. 

“Bir uçaydım bu çırpınan yelinən,

Bağlaşaydım dağdan aşan selinən,

Ağlaşaydım uzaq düşən elinən,

Bir görəydim ayrılığı kim saldı?

Ölkəmizdə kim qırıldı, kim qaldı?

Mən sənintək dağa saldım nəfəsi,

Sən də qeytər, göylərə sal bu səsi,

Bayquşun da dar olmasın qəfəsi,

Burda bir şir darda qalıb bağırır,

Mürüvvətsiz insanları çağırır.”

Çıxış auditoriyanın alqışları ilə qarşılanıb. 

Ölkə ictimaiyyəti və sosial şəbəkələrin Azərbaycan seqmenti Pezeşkianın Şəhriyardan şeir deməsini maraqla qarşılayıb. 

Əksəriyyət bunu yaxşı qarşılasa da, bəziləri qeyd edib ki, İran Prezidenti bu şeirlə müasir Azərbaycanın tarixi İran əraziləri olduğu mesajını verib. 

Siyasi şərhçi Şahin Cəfərli “Facebook” hesabında yazıb ki, Pezeşkian bu misraları oxumaqla “şübhəsiz ki, öz dövlətinin rəsmi mövqeyinə zidd hərəkət etmir”. 

“İran dövləti Azərbaycan Respublikasına özünün itirilmiş tarixi ərazisi olaraq baxır. Bu ərazi, yəni şimali Azərbaycan Rusiya İmperiyası tərəfindən zor gücünə - müharibə yolu ilə Qacarlardan qoparılıb. Arazı təbii sərhəd kimi ruslar müəyyənləşdirib. Bu səbəbdən İran rəsmiləri (etnik mənsubiyyətindən asılı olmayaraq) ayrılıq mövzusunda dərdlənərkən və Şəhriyar poeziyasına müraciət edərkən səmimidirlər. Onlar Gülüstan və Türkmənçay müqavilələrini İran torpaqlarının itirilməsinə səbəb olan faciə kimi qəbul edirlər”, - o qeyd edib. 

“Yəni, İran dövləti, açıq söyləməsə də, əslində vahid Azərbaycanın tərəfdarıdır - əlbəttə ki, öz tərkibində. İran prezidentinin İran dövlətini parçalayaraq vahid, müstəqil Azərbaycan dövləti qurmaq istədiyinə inanmaq ağla və məntiqə zidd olardı”, - Cəfərli əlavə edib. 

Yazıçı Ramazan Tağıyev isə İran prezidentinin bu çıxışının “Azərbaycan dövlətçiliyinə və suverenliyinə açıq təhdid olduğunu” yazıb. 

“Dövlətçilik düşüncəsi formalaşmış heç kim bu çıxışa alqış tutmaz. Əminəm ki, dünyanın heç bir dövlət başçısı gəlib Bakıda belə açıq ilhaq mesajı verə bilməzdi. Özü də yerli camaatdan və hökumət rəsmilərindən kütləvi dəstək alacaq formada”, - o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Zelenski: “Biz insan həyatına dəyər veririk, paradlara yox”

29 Aprel 2025

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin Qələbə Günü münasibətilə üç günlük atəşkəs elan etməsini “manipulyasiya” adlandırıb.  Bu barədə “X” səhifəsində yazan prezident deyib ki, Putinə müvəqqəti atəşkəs ona görə lazımdır ki, Qələbə Günü münasibətilə sakit mühitdə hərbi parad keçirsin.  “Biz insan həyatına dəyər veririk, paradlara yox. Buna görə də, biz və bütün dünya inanır ki, mayın 8-ə qədər gözləmək lazım deyil. Atəşkəs bir neçə gün olmalı deyil ki, sonra qayıdıb adam öldürməyə davam edəsiniz. Atəşkəs dərhal, tamamilə və qeyd-şərtsiz olmalıdır”, - o vurğulayıb.  Zelenski daha öncə ABŞ tərəfindən irəli sürülən, Putinin isə razı olmadığı 1 aylıq atəşkəs təklifinə...
Siyasət

Vəkil: Tofiq Yaqublu yaddaşını itirir

29 Aprel 2025

Toplum TV

Vəkil Nemət Kərimli həbsxanada 29 gündür aclıq aksiyası keçirən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun yaddaşını itirdiyini bildirir.  Nemət Kərimli aprelin 29-da Umbakı qəsəbəsində saxlandığı təcridxanada siyasətçi ilə görüşdən sonra bu barədə sosial media hesabında yazıb.  O deyib ki, səhər saatlarında həkim tərəfindən müayinə olunan Yaqublu çəkisindən başqa digər göstəricilərini xatırlamayıb.  Yaqublunun çəkisi 80,3 kg-a düşüb. Bu onun aclıq edəndən bəri 15 kg-dan çox çəki itirdiyini göstərir.  Vəkil əlavə edib ki, Yaqublu özünü çox pis hiss etdiyini və tez-tez başının gicəlləndiyini deyib.  Aprelin 29-da ailə üzvlərinə zəng edən Yaqublu ölüm riskinə baxmayaraq aclığı dayandırmayacağını bildirib.  “Hakimiyyət elə düşünə...

Seçilmiş Videolar

Toplum TV loqo