Siyasət

Xamenei ABŞ-ın təklifini rədd edib 

4 İyun, 2025
75

Foto: Reuters

İranın Ali lideri Seyid Əli Xamenei ABŞ-ın irəli sürdüyü, İranın nüvə proqramından tamamilə imtina etməsi ilə bağlı təklifi rədd edib. 

O, bunu iyunun 4-də İranın keçmiş Ali lideri Ruhullah Xomeyninin ölümünün 36-cı ildönümü tədbirində səsləndirib. 

Xamenei İranın mülki məqsədlər üçün uran zənginləşdirməkdə israr edəcəyini deyib. 

“Əgər bizim 100 nüvə elektrik stansiyamız olsa, lakin zənginləşdirmə imkanımız olmasa, onlar bizim üçün yararsız olar. Əgər zənginləşdirməmiz yoxdursa, onda əlimizi ABŞ-a uzatmalı olarıq”, - o bildirib. 

Xamenei onu da əlavə edib ki, müstəqil olmaq “ABŞ və onun əlaltılarından yaşıl işıq gözləməməkdir”.

ABŞ və İran arasında danışıqların 5 raundu baş tutsa da, ABŞ-ın irəli sürdüyü təklifin detalları məlum deyil. 

ABŞ Prezidenti Donald Tramp dəfələrlə İranın nüvə proqramından tamamilə imtina etməli olduğunu, əks halda bunun İran üçün çox pis olacağını deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Sui-qəsdə məruz qalan federasiya rəhbəri Adil Əliyevin həbsini istəyir 

5 İyun 2025

Foto: Toplum TV

Azərbaycan Muay Tay Federasiyasının prezidenti, Türkiyədə sui-qəsdə məruz qalan Araz Musayev Prezident İlham Əliyevə müraciət edib.  Musayev sosial mediada paylaşdığı videomüraciətdə sui-qəsdin arxasında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin dayandığını iddia edib.  O, prezidentdən A.Əliyevin həbs olunmasını istəyib.  “A.Əliyev bu hərəkəti ilə, üzərimə “killer”lər göndərməklə ölkəmizi bütün dünya federasiyalarının önündə biabır etdi. Palatanın qapısının ağzında 10-15 jandarma dayanıb. Gələn-gedən gülür bizə, deyirlər ki, Azərbaycanda hələ də belə şeylər baş verir?” - o deyib.  Musayev bu və sui-qəsddən əvvəlki çıxışlarında da qeyd edib ki, A.Əliyev Muay Tay Federasiyasını onun əlindən almaq istəyir.  A.Əliyev “Musavat.com” saytına...
Siyasət

Tramp 12 ölkəyə səyahət qadağası tətbiq edir 

5 İyun 2025

Foto: Getty Images

ABŞ Prezidenti Donald Tramp 12 ölkənin vətəndaşlarına səyahət qadağası elan edib. İyunun 4-də açıqlanan qərarın şamil olunduğu ölkələrin vətəndaşları iyunun 9-dan etibarən ABŞ-a giriş edə bilməyəcəklər.  Bu ölkələrə Əfqanıstan, İran, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, Liviya, Somali, Sudan və Yəmən daxildir.  Bundan əlavə, 7 ölkə - Burundi, Kuba, Laos, Syerra Leone, Toqo, Türkmənistan və Venesueladan girişlərə məhdudiyyətlər tətbiq olunacaq.  “Bu ölkələrin bir çoxu Birləşmiş Ştatların viza sistemindən sui-istifadə edib və deportasiya olunmalı vətəndaşlarını geri qəbul etməkdən dəfələrlə imtina ediblər. Prezident olaraq, mən Birləşmiş Ştatların vətəndaşlarının milli təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün hərəkətə keçməliyəm”, - Trampın imzaladığı...

Seçilmiş Videolar

Toplum TV loqo