Məhkəmə

Ailəsi Əli Zeynala təzyiq olunduğundan şübhələnir

4 İyun, 2025
459

Foto: sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun koordinatoru Əli Zeynalın təcridxanada təzyiqə məruz qalması ilə bağlı şübhələr var. 

Bu barədə onun ailəsindən Toplum TV-yə bildiriblər.

Onların deməsinə görə, dünən , iyunun 3-də Ə.Zeynalın zəng günü olsa da, o, hələ də evə zəng etməyib. 

Ailə üzvləri düşünür ki, buna səbəb Ə.Zeynalın Ədliyyə naziri Fərid Əhmədova yazdığı açıq məktub ola bilər. 

Ə.Zeynal məktubunda təcridxanadakı saxlanma vəziyyətinin çox pis olduğunu, kanalizasiya sularının axdığını və siçanların dolaşdığını yazıb. 

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov,  “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb. 

"Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Azər Qasımlı 12 il azadlıqdan məhrum edilib 

11 Mart 2026

Foto: sosial media

Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə politoloqa 12 il həbs cəzası verilib.  Əvvəlki proseslərdən birində dövlət ittihamçısı A.Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Prosesdə son söz deyən A.Qasımlı ona dəstək olan hər kəsə təşəkkür edib və heç bir cinayət əməli törətmədiyini bildirib.  "Bu işdə mən yeganə zərərçəkmiş tərəfəm. Həm azadlığımı, həm əmlakımı əlimdən alıblar. Hər kəs bilir və anlayır ki, mənim həbsim siyasi sifariş əsasında həyata keçirilib", - o qeyd edib.  A.Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci...
Məhkəmə

“QHT işi” üzrə həbs edilən Zamin Zəkiyə 7 il 6 ay həbs verildi

11 Mart 2026

Foto: Əkinçi

Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində "QHT işi" üzrə həbsdə sosial işçi Zamin Zəkinin sonuncu məhkəmə prosesi keçirilib.  APA-nın xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Z.Zəkiyə 7 il 6 ay həbs cəzası verilib.  Əvvəlki prosesdə dövlət ittihamçısı Z.Zəkinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.  Zamin Zəki Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.  Cinayət işində iddia olunur ki, Z.Zəki xarici təşkilatlardan aldığı qrant vəsaitlərini qanunvericilik üzrə qeydiyyatdan keçirməyib.  Sosial işçi isə özünü...

Seçilmiş Videolar

Toplum TV loqo