Foto: Reuters
İranın Ali lideri Seyid Əli Xamenei ABŞ-ın irəli sürdüyü, İranın nüvə proqramından tamamilə imtina etməsi ilə bağlı təklifi rədd edib.
O, bunu iyunun 4-də İranın keçmiş Ali lideri Ruhullah Xomeyninin ölümünün 36-cı ildönümü tədbirində səsləndirib.
Xamenei İranın mülki məqsədlər üçün uran zənginləşdirməkdə israr edəcəyini deyib.
“Əgər bizim 100 nüvə elektrik stansiyamız olsa, lakin zənginləşdirmə imkanımız olmasa, onlar bizim üçün yararsız olar. Əgər zənginləşdirməmiz yoxdursa, onda əlimizi ABŞ-a uzatmalı olarıq”, - o bildirib.
Xamenei onu da əlavə edib ki, müstəqil olmaq “ABŞ və onun əlaltılarından yaşıl işıq gözləməməkdir”.
ABŞ və İran arasında danışıqların 5 raundu baş tutsa da, ABŞ-ın irəli sürdüyü təklifin detalları məlum deyil.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə İranın nüvə proqramından tamamilə imtina etməli olduğunu, əks halda bunun İran üçün çox pis olacağını deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Toplum TV
Foto: Getty Images
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir
Fərid Mehralızadə: “365 gündür ki, ədalətin qətl edilməsinə şahidlik edirəm"