Siyasət

Yaxınları həbsdə olan ordubadlı AXCP üzvünə görə narahatdır

4 Fevral, 2025
69

Əsgər Ağasoy/şəxsi arxiv

Yaxınları 30 sutka inzibati həbs cəzası alan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ordubad rayon şöbəsinin fəalı Əsgər Ağasoyun taleyindən narahatdırlar. Onlar fəalla bir neçə dəfə görüşmək istəsələr də, buna şərait yaradılmadığını deyirlər.

Bu haqda partiyanın yerli təşkilatı məlumat verib ("Gündəlik Naxçıvan").

AXCP Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoyun sözlərinə görə, həbs olunan partiya fəalına valideynləri ilə yalnız iki dəfə qısa telefon danışığına icazə verilib.

"O, valideynlərinə sadəcə yaxşı olduğunu deyib. Lakin görüş verilməməsi müəyyən narahatlığa səbəb olur. Polisdə iki gün saxlandıqdan sonra 30 sutka həbs qərarı çıxarılıb, lakin məhkəmənin keçirildiyi barədə heç kimin xəbəri olmayıb”, Bağırsoy söyləyib. 

O, AXCP üzvünün saxlanılarkən fiziki və psixoloji təzyiqə məruz qalmasından şübhələndiklərini, daha əvvəl də bu cür halların baş verdiyini vurğulayır. 

“Adətən, belə hallarda zədələrin sağalması üçün fəalları əsassız şəkildə uzun müddət həbsdə saxlayırlar”, Yaşar Bağırsoy deyib.

Ailəsi Əsgər Ağasoyun yanvarın 15-də zorla evindən rayon polis şöbəsinə aparıldığını, daha sonra ondan xəbər ala bilmədiyini bildirir. 

Yanvarın 17-də məhkəmənin qərarı ilə Ə. Ağasoyun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polis işçisinin qanuni tələbinə tabe olmama) ilə 30 sutka inzibati həbs cəzası alıb. 

Fəalın səhhəti və saxlanma şəraiti ilə bağlı rəsmi qurumlar münasibət bildirməyib.

AXCP onun həbsinin qanunsuz olduğunu və siyasi fəaliyyətinə görə cəzalandırıldığını bəyan edib. 

Azərbaycan hakimiyyəti ölkədə heç kimin siyasi mövqeyinə görə təqib edilmədiyini bildirir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Avropa Parlamenti Bakıda saxlanılan erməniləri azad etməyə çağırır

14 Mart 2025

açıq mənbədən götürülüb

Avropa Parlamenti Bakıda saxlanılan ermənilərin hərbi əsir kimi tanınması və dərhal azad edilməsi ilə bağlı qətnamə qəbul edib. Qətnamə martın 14-də səsverməyə çıxarılıb. 523 lehinə, 3 əleyhinə və 84 bitərəf olmaqla qəbul edilən qətnaməyə görə, Azərbaycan həbs edilmiş Ermənistan vətəndaşlarını dərhal azad etməlidir. Qətnamədə o da vurğulanır ki, Azərbaycanda 23 erməni girov (əsl mətndən tərif – red.), o cümlədən qondarma “Dağlıq Qarabağ”ın keçmiş “rəsmiləri”, həmçinin 2020-ci il müharibəsi və ondan sonrakı dövrdə əsir götürülən şəxslər də var. Avropa Parlamenti bu insanların mərhələli məhkəmələrə məruz qaldığını və ömürlük həbs də daxil olmaqla ağır cəzalarla üzləşdiyini bildirir: “Məhkəmə icraatı zamanı onlar qeyri-insani...
Siyasət

RSF: Azərbaycan hakimiyyətinin xarici medianı susdurması əsassız qərardır

13 Mart 2025

RSF

Azərbaycan hakimiyyətinin bir neçə xarici media orqanının jurnalistlərinin akkreditasiyasını ləğv etməsi “əsassız” qərardır. Bunu Sərhədsiz Reportyrolar (RSF) bildirib və qeyd edib ki, bu qərar "avtoritar" rejimin mətbuat azadlığına təzyiqini daha da gücləndirir. Təşkilat jurnalistlərin akkreditasiyasını dərhal bərpa etməyə çağırıb. Son aylarda Azərbaycanda bir sıra xarici media nümayəndəlikləri fəaliyyətini dayandırıb.  ABŞ-nin "Bloomberg" biznes mediası, "Amerikanın səsi" dövlət mediasının akkreditəsi də ləğv edilib. Britaniyanın "Reuters" xəbər agentliyinin təmsilçisi RSF-ə deyib ki, ""Reuters" üçün işləyən iki frilans jurnalistin də daha Azərbaycanda akkreditəsi yoxdur, çünki hökumətin yeni siyasətinə görə, hər bir xarici media orqanına yalnız bir akkreditə verilir". 1994-cü ildən bəri Azərbaycandan xəbər verən BBC...

Seçilmiş Videolar

Toplum TV loqo