Açıq mənbələrdən götürülüb
Türkiyə Böyük Millət Məclisi dezinformasiya yaymaqda təqsirli bilinən şəxslərə 1 ildən 3 ilə qədər həbs cəzası nəzərdə tutan “Dezinformasiya Haqqında” qanun layihəsini qəbul edib.
Türkiyə mediası xəbər verir ki, sözügedən qanunun 29-cu maddəsi hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) daxil olduğu hakim alyansın səsverməsi ilə təsdiqlənib.
Keçən il AKP tərəfindən təklif edilən “Dezinformasiya Haqqında” qanun layihəsi Türkiyə hökumətinin “saxta xəbərlər, dezinformasiya, sosial mediada təxribat və ədalətin tapdalanması” adlandırdığı məfhumlarla mübarizə məqsədi daşıyır.
https://toplum.tv/dunya/putin-erdoganla-gorusde-turkiye-prezidenti-olmasaydi
Sosial mediada dezinformasiyanın yayılmasına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun qeyri-müəyyən termin və meyarlardan istifadə etdiyinə, habelə dövlət orqanları tərəfindən sui-istifadə riskinə görə milli və beynəlxalq səviyyədə tənqid olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb
sosial media
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”