Dünya

Məhkəmə CHP rəhbərliyində Özelin yerinə Kılıçdaroğlunun gətirilməsinə qərar verib

22 May, 2026
221

Açıq mənbə

Türkiyədə məhkəmə ana müxalifət partiyası sayılan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelin vəzifəsindən kənarlaşdırılmasına və yerinə keçmiş sədr Kamal Kılıçdaroğlunun gətirilməsinə qərar verib.

Anadolu Agentliyinin məlumatına görə, Ankara Məhkəməsi mayın 21-dəki iclasında CHP-nin 2023-cü ildə keçirdiyi 38-ci qurultayının qərarını ləğv edib. Həmin qurultayda Özel sədr seçilmişdi. 

Qərardan sonra CHP-nin İdarə Heyəti beş saatlıq iclas keçirib. İclasdan sonra açıqlama verən Özel vəzifəsindən getməyəcəyini və məhkəmə qərarının siyasi motivli olduğunu deyib. 

Kılıçdaroğlu isə sosial media hesabında etdiyi paylaşımda partiyadaşlarını həmrəyliyə çağırsa da, məhkəmə qərarına münasibət bildirməyib. Onun bu reaksiyası qərarla razılaşması kimi şərh olunub. 

Məhkəmə qərarında sadəcə Özəlin sədrliyini deyil, onun sədrliyi dövründə verilən bütün qərarları və partiya proqramını etibarsız sayıb. 

Ötən ilin martında CHP-dən prezidentliyə namizəd olan İstanbul meri Əkrəm İmamoğlunun həbsindən sonra partiyaya basqılar güclənib. Partiyanın üzvü olan 10-dan çox bələdiyyə sədri həbs olunub və ya məhkəmə qərarı ilə vəzifələrindən uzaqlaşdırılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo