Region

Simonyan: "Azərbaycan bir tərəfdən danşıqlar aparır, digər tərəfdən Türkiyəni bizimlə danışmağa qoymur"

21 Aprel, 2026
230

Açıq mənbə

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, ölkəsi ilə Türkiyə arasında münasibətlərdə irəliləyişin olmamasının səbəbkarı Azərbaycandır. 

O, bunu İstanbula səfəri zamanı Türkiyədəki ermənidilli mətbuat nümayəndələrinə müsahibəsində bildirib. 

“Bir tərəfdən, Azərbaycan bizimlə danışıqlar aparır, digər tərəfdən isə Türkiyənin bizimlə danışıqlar aparmasına imkan vermir. Bu, qəribə vəziyyətdir. Türkiyə sanki bu münasibətlərin girovuna çevrilib", - o qeyd edib. 

Jurnalistlərdən biri Simonyandan Türkiyənin Ermənistanla danışıqlar üçün iyunda bu ölkədə keçiriləcək parlament seçkilərini gözləyib-gözləmədiyini soruşub. Simonyan isə bundan əmin olmadığını deyib. 

“Əvvəlcə deyilirdi ki, Ermənistan və Türkiyə arasında sərhəd Dağlıq Qarabağ məsələsi həll olunana qədər açılmayacaq. Sonra bəyan etdilər ki, Qarabağ məsələsi həll olunub, əvəzində Ermənistan-Azərbaycan sülh sazişi məsələsini gündəmə gətirdilər. Biz saziş üzrə danışıqlar apardıq. Bu, çətin və uzun proses oldu, lakin 17 maddə üzrə razılığa gəldik, paraflamaq üçün görüşdük, əl sıxışdıq, amma yenə də nəticə vermədi", - o bildirib.

Ermənistan və Türkiyə 2022-ci ildən etibarən münasibətlərin normallaşdırılması üzrə prosesə başlayıblar. Bu çərçivədə xüsusi elçilərin görüşləri həm sərhəddə, həm də paytaxtlarda keçirilib. Lakin hələ də diplomatik münasibətlər qurulmayıb və quru sərhəd bağlı olaraq qalır.

2022-ci ildə tərəflər üçüncü ölkə vətəndaşları və diplomatların quru sərhəddən keçməsinə icazə vermək barədə razılığa gəliblər. Ancaq Türkiyə sonradan bəyan edib ki, Ermənistan-Azərbaycan sülh prosesində irəliləyiş Ermənistanla normallaşma prosesində əlavə addımlar üçün ilkin şərtdir. Türkiyə sərhədi ilk dəfə 1993-cü ildə, Birinci Dağlıq Qarabağ müharibəsi zamanı bağlamışdı.

Son yenilik isə 2025-ci ilin dekabrında baş verib. Ermənistan və Türkiyə bu ilin yanvarından etibarən diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza prosedurunu “sadələşdirmək” barədə razılıq əldə etdiklərini açıqlayıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Putindən Ermənistandan idxal qadağalarını götürməyi xahiş edib

28 İyul 2026

Russian Foreign Ministry

Ermənistan baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. "Armenpress" agentliyinin baş nazir aparatına istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyini, xüsusilə də ikitərəfli iqtisadi əlaqələrlə bağlı məsələləri müzakirə ediblər. Paşinyan Ermənistan mənşəli məhsulların Rusiya bazarına ixracına tətbiq olunan məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirib. O, rusiyalı həmkarından bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməsini xahiş edib. Kremlin rəsmi pres-relizində bu mövzuya yer verilməyib. Əvəzində telefon söhbətində Ermənistanın geosiyasi mövqeyi və Aİİ çərçivəsindəki öhdəliklərinin müzakirə olunduğu qeyd olunub.  Pres-relizə əsasən, Putin vurğulayıb ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçmək, yoxsa...
Region

Ermənistan 40 min qarabağlıya vətəndaşlıq verib 

22 İyul 2026

Açıq mənbə

Ermənistan Qarabağdan köçən təxminən 40 min nəfərə vətəndaşlıq verib.  Bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan “CivilNet”-ə müsahibəsində deyib. Onun sözlərinə görə, qarabağlı qaçqınların ümumi sayı 115 mindən çoxdur və onların təxminən yarısı vətəndaşlıq üçün müraciət edib. Müraciətlərə baxılmağa davam edilir.  “İki il yarımlıq müddəti nəzərə alsaq, hesab edirəm ki, bu, qaçqın əhalinin Ermənistan vətəndaşlığını almaqda və Ermənistanda tamhüquqlu, perspektivli gələcək qurmaqda maraqlı olduğunu göstərən mühüm göstəricidir”, - A.Sarkisyan deyib. Nazir xatırladıb ki, qaçqınların Ermənistana sosial-iqtisadi inteqrasiyası Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı görülən işlərin istiqamətlərindən biridir. “Düşünürəm ki, artıq görülmüş işlər avropalı tərəfdaşlar tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo