Dünya

Türkiyə XİN: "Ermənistanla birbaşa ticarət üçün bürokratik prosedurlar tamamlanıb" 

13 May, 2026
133

Açıq mənbə

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla birbaşa ticarətin başlanılması üçün bürokratik prosedurların tamamlandığını xəbər verib. 

Bu barədə Türkiyə XİN-in mayın 13-də verdiyi bəyanatda deyilir. Buna baxmayaraq, iki ölkə arasındakı quru sərhəd bağlı qalmağa davam edir. 

XİN əlavə edir ki, yeni qaydalara əsasən, Türkiyədən Ermənistana üçüncü ölkələr vasitəsilə göndərilən mallarda artıq son təyinat ölkəsi Ermənistan, mənşə ölkəsi isə Türkiyə göstərilə bilər. 

XİN quru sərhədin açılması üçün texniki işlərin isə davam etdiyini bildirib. 

Ermənistan XİN-in sözçüsü Ani Badalyan sosial media hesabında xəbərə münasibət bildirərək bunu "iki ölkə arasında əlaqələrin normallaşması istiqamətində vacib addım" adlandırıb. 

O əlavə edib ki, sərhədin açılması və ölkələr arasında diplomatik əlaqələrin qurulması bu istiqamətdə "məntiqi ardıcıllıq" ola bilər. 

Ermənistan və Türkiyə 2022-ci ildən etibarən münasibətlərin normallaşdırılması üzrə prosesə başlayıblar. Bu çərçivədə xüsusi elçilərin görüşləri həm sərhəddə, həm də paytaxtlarda keçirilib. Lakin hələ də diplomatik münasibətlər qurulmayıb və quru sərhəd bağlı olaraq qalır.

2022-ci ildə tərəflər üçüncü ölkə vətəndaşları və diplomatların quru sərhəddən keçməsinə icazə vermək barədə razılığa gəliblər. Ancaq Türkiyə sonradan bəyan edib ki, Ermənistan-Azərbaycan sülh prosesində irəliləyiş Ermənistanla normallaşma prosesində əlavə addımlar üçün ilkin şərtdir. Türkiyə sərhədi ilk dəfə 1993-cü ildə, Birinci Dağlıq Qarabağ müharibəsi zamanı bağlamışdı.

Son yenilik isə 2025-ci ilin dekabrında baş verib. Ermənistan və Türkiyə bu ilin yanvarından etibarən diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza prosedurunu “sadələşdirmək” barədə razılıq əldə etdiklərini açıqlayıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo