Sosial

1000-ə yaxın abituriyent apellyasiyaya müraciət edib 

7 İyul, 2022
1792

Açıq mənbələrdən götürülüb

Bu gün I-IV qruplar üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı təşkil edilmiş Apellyasiya Komissiyasının nəticələri açıqlanıb. Apellyasiyaya müraciət edən 136 abituriyentin qiymətində dəyişiklik edilib.

DİM-dən bildirilib ki, Apellyasiya Komissiyasına ümumilikdə 971 abituriyent ərizə ilə müraciət edib: 
 
“Daxil olan müraciətlər araşdırılıb və abituriyentlərin apellyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 265 nəfərlə videogörüntü ("Zoom" proqramından istifadə etməklə) vasitəsilə, 706 nəfərlə isə telefonla əlaqə saxlanılıb.  Onlardan 35-ə yaxın abituriyent dəfələrlə edilən zənglərə cavab verməyib”.

Digər iddialarla bağlı isə abituriyentlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 14 işdə edilmiş düzəlişlər imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir. 
 
Bu ərizələrdə ümumilikdə 1540 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub. 
 
Sözügedən imtahanlarda abituriyentlərin ümumilikdə 732861 yazı işi yoxlanılıb. Apellyasiya üçün edilən müraciətlər bütün tapşırıqların cəmi 0.21%-ni təşkil edib. 
 
I ixtisas qrupu üzrə keçirilən imtahanda riyaziyyat fənninə aid 1 (bir) tapşırığın şərtində qeyri-korrektliyə yol verilib. Buna görə də Apellyasiya Komissiyasının üzvləri tərəfindən həmin test tapşırığının komissiyaya müraciət edib-etməməsindən asılı olmayaraq düzgün cavablandırılmış kimi götürülməsi qərara alınıb. 

Mayın 21-22-də və iyunun 4-5-də l və IV qruplar üzrə qəbul imtahanları keçirilib. Bu imtahanlarda 81429 abituriyent iştirak edib və onların ümumilikdə 732861 tapşırıq üzrə yazı işi yoxlanılıb.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo