Açıq mənbələrdən götürülüb
Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və mütəmadi həkim nəzarəti altındadırlar.
Səhiyyə Nazirliyindən bu gün, oktyabrın 21-də verilən məlumata görə vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir.
https://toplum.tv/dunya/45-gunluk-bas-nazir-liz-trasin-istefasina-sebeb-nedir
Ötən gün Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib.
Türkiyə mətbuatının məlumatına görə, Binəli Yıldırımın idarə etdiyi avtomobil qəzadan sonra yararsız vəziyyətə düşüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"
Meydan TV
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Toplum TV
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”