Sosial

Bakıda daha bir nəfər spirtdən ölüb

4 Mart, 2025
55

açıq mənbədən götürülüb

Bakıda daha bir nəfərin texniki spirtdən zəhərlənərək öldüyü bildirilir.

Hadisənin Sabunçu rayonunun eyniadlı qəsəbəsində baş verdiyi deyilir.

Buradakı evlərdən birində 46 yaşlı S.Lukoninin meyiti tapılıb. Onun üç-dörd gün əvvəl öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son bir neçə gündə Bakıda texniki spirtdən zəhərlənərək ölənlərin sayı iyirmini keçib.

Hadisənin “Starlyuks” markalı gigiyenik vasitənin qəbulu nəticəsində baş verdiyi bildirilir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Cahangir Hacıyevin həyat yoldaşının müsadirə edilmiş mülkləri satışa çıxarılıb

7 Mart 2025

açıq mənbədən götürülüb

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın müsadirə edilmiş əmlakları satışa çıxarılıb. BBC xəbər verir ki, söhbət Berkşirdəki qolf klubu və Naytsbricdəki evdən gedir. Onlar ümumilikdə 19.5 milyon funt-sterlinq məbləğində satışa çıxarılıb. Satışa çıxarılan evə 14.75 milyon funt-sterlinq həcmində məbləğ qoyulub. 1990-cı illərin əvvəlində inşa edilmiş qolf klubu isə 4.25 milyon funt-sterlinqə satışa çıxarılıb. Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) nümayəndəsi keçən il bildirib ki, qolf klubu və ev satıldıqdan sonra gəlirin 70 faizi hökumətdə qalacaq, 30 faizi Z.Hacıyevaya qaytarılacaq. C.Hacıyev 2001-2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri olub. O, 2015-ci ilin dekabrında Azərbaycan...
Sosial

GİPA-nın təqaüd proqramı rəsmi olaraq dayandırıldı

5 Mart 2025

GİPA

Gürcüstanda fəaliyyət göstərən Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA)  jurnalistika üzrə magistr proqramı rəsmi olaraq dayandırılıb.  Bu barədə hazırda universitetdə təhsil alan tələbələr “Facebook“da məlumat yayıb. Belə ki, proqram artıq təqaüdlə tələbə qəbulu həyata keçirməyəcək.  Hazırkı tələbələr öz hesablarına təhsil almalı olacaqlar.  “Təqaüd keçən aydan dayandırılmışdı, lakin ABŞ-da dəyərləndirmə prosesi gedirdi. Dəyərləndirmənin nəticəsi isə neqativ oldu”, - GİPA-nın azərbaycanlı tələbəsi Cavid Əhmədov bildirib. GİPA-da dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılırdı.  Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilirdi.  Proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsi idi. 

Seçilmiş Videolar

Toplum TV loqo