Sosial

Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür 

7 İyul, 2026
165

Sosial media

Yasamal rayonunda Bayırşəhər ərazisində yerləşən, dövlət reyestrində yer alan memarlıq abidəsinin söküntüsü gedir. 

Molla Vəli Vidadi 62 ünvanında yerləşən binanın söküntüsünün videogörüntüsünü memar Abdul Hüseynov iyulun 6-da sosial media hesabında ictimailəşdirib. 

A.Hüseynovun “Toplum TV”-yə dediyinə görə, bina 1893-cü ildə inşa olunub və 2001-ci ildə yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısına daxil edilib. 

Memarın sözlərinə görə, iyulun 6-da Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi ünvana baş çəkib və binanın bir hissəsinin, xüsusilə şüşəbəndinin sökülməli olduğunu bildirib. 

Yazı dərc olunanan qədər qurumdan iddiaya cavab almaq mümkün olmayıb. 

A.Hüseynov isə deyir ki, bina şüşəbəndlə birlikdə dövlət reyestrinə daxil edilib və onun söküntüsü qanunsuzdur. 

“Balkon memarlıq abidəsinin bir hissəsi hesab olunur, çünki o, yaşayış binasının ənənəvi elementidir. Şüşəbəndlər, adətən, evin həyət olan tərəfindən tikilirdi və nəhayət, bina memarlıq abidələri siyahısına əlavə edildikdə, o, artıq evlə birlikdə qəbul edilib və buna görə də irsin bir hissəsidir. Onu dağıtmaq olmaz, bərpa etmək lazımdır. Bundan əlavə, bu cür vəziyyətlərdə tarixi binaların bütövlüyünü qorumaq vəzifəsi daşıyan vəzifəli şəxslərin səriştəsizliyi xoşagəlməz dərəcədə təəccüblüdür. Bunlar qapı, pəncərə və ya eyvan kimi ayrı-ayrı hissələr deyil, bütöv bir binadır”, - o qeyd edib. 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Rauf Axundovun adından ötən ay bina sakininə göndərilən məktubda da qeyd olunur ki, bina memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. 

Sakinlərin dediyinə görə, binada söküntü iyulun 7-də də davam edib. 

Bir ildən çoxdur ki, Bayırşəhərdə tarixi binaların və məhəllələrin söküntüsü gedir və yaşı 100-dən çox olan bir neçə bina sökülüb. 

Yasamal Rayon İcra Hakimiyyəti söküntünün ərazidəki Qış Parkının genişləndirilməsi üçün aparıldığını deyir. 

Bakının 2040-cı ilə qədər nəzərdə tutulmuş baş planına əsasən, Bayırşəhərdə Təzəpir məscidi ətrafındakı ərazi "xüsusi mühafizə olunan ərazi" statusuna malikdir. 

Bu statusa əsasən isə, ərazidə söküntü deyil, yalnız yenidənqurma və reabilitasiya işləri aparıla bilər. Sakinlər isə yalnız zəruri olduqda müvəqqəti şəkildə yaxınlıqdakı ərazilərə köçürülə bilərlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”

8 İyul 2026

Açıq mənbə

Şəmkir sakini, 79 yaşlı Tarıyel Əliyev 2007-ci ildən yaşa görə əmək pensiyası alır. Pensiyasının məbləği əvvəlcə 180 manat olsa da, ildən-ilə artmağa davam edib və bu ilin əvvəlindən o, 651 manat pensiya alıb.  İyun ayında isə T.Əliyevin pensiyası 155 manat əskik gəlib. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli şöbəsinə yollanan pensiyaçıya deyilib ki, onun pensiyası uzun illər səhv hesablanıb və buna görə də, onun dövlətə 4800 manat borcu yaranıb. T.Əliyevə “borc”un ödənilməsi üçün 2 il 8 ay müddətinə hər ay pensiyasından 150 manat tutulacağı bildirilib.  T.Əliyev qərarla bağlı DSMF-dən hələ də yazılı bildiriş almayıb. Yazı dərc olunana qədər qurumun mətbuat...
Sosial

Azərbaycanda bu il azı 25 hərbçi qeyri-döyüş şəraitində vəfat edib 

26 İyun 2026

Açıq mənbə

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.  Azərbaycan ordusunda qeyri-döyüş şəraitində ölüm halları isə əvvəlki illərdə olduğu kimi davam edir.  Xəzər Hərbi Tədqiqatlar İnstitutunun iyunun 22-ə olan məlumatına görə, bu il Azərbaycanda azı 25 hərbçi qeyri-döyüş şəraitində vəfat edib.  Mətbuatda gedən məlumatlara əsasən, onların 4-ü müxtəlif xəstəliklər, 4-ü intihar, 6-ı avtomobil qəzası, 5-i bədbəxt hadisələr nəticəsində vəfat edib. Bədbəxt hadisələrdən 1-i suda boğulma, 1-i dağda sürüşmə, 2-si dəm qazından boğulma, 1-i isə hündür mərtəbədən yıxılma ilə bağlı olub. Daha 6 nəfərin ölüm səbəbi barədə məlumat isə yoxdur.  Ölən hərbi qulluqçulardan 15-i Müdafiə Nazirliyinin, 6-sı Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili...

Seçilmiş Videolar

Toplum TV loqo