Sosial

Təhsil İnstitutu liseylərə qəbulla bağlı qərarını təxirə salıb 

29 May, 2025
247

Foto: sosial media

Təhsil İnstitutu şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən lisey və gimnaziyalara qəbulla bağlı qərarında dəyişiklik edib. 

Mayın 26-da verilən qərarda sözügedən təhsil müəssisələrinə qəbulun yalnız 6-cı sinif şagirdləri üçün aparılacağı bildirilirdi. 

Mayın 29-da isə İnstitut yeni açıqlama yayaraq qəbulun əvvəlki illərdə olduğu kimi 4-cü, 5-ci və 7-ci sinif şagirdlərini də əhatə edəcəyini bildirib. 

Təhsil İnstitutu yeni qərarın “şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarının və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarının nəzərə alınaraq” verildiyini deyib. 

Buna baxmayaraq, İnstitut növbəti tədris ilindən etibarən lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinif şagirdləri üçün aparılacağını qeyd edib. 

Təhsil İnstitutunun 26 may tarixli qərarı, xüsusilə də bunun qəbul üçün qeydiyyatın başlamasından 10 gün öncə açıqlanması, övladlarını lisey və gimnaziyalara hazırlaşdıran valideynlərin etirazına səbəb olmuşdu.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

2026-cı il bahalaşma ilə başlayıb

23 Fevral 2026

Foto: açıq mənbə

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar ayı üzrə qiymət monitorinqinin nəticələrini açıqlayıb. Hesabata görə, 2025-ci ilin yanvarı ilə müqayisədə mal və xidmətlərin ümumi qiymət indeksi 5,7 faiz artıb. Qida məhsulları və içkilərdə isə artım daha yüksək olub - 7,1 faiz. Hüsabatdan görünür ki, qida inflyasiyasının hazırkı səviyyəsi ötən illə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, 2025-ci ilin yanvarında illik qida inflyasiyası təxminən 5 faiz idi. Müstəqil ekspertlərin fikrincə, qarşıdakı aylarda inflyasiyanın cilovlanması istiqamətində təsirli addımlar atılmasa, 2026-cı ildə xüsusilə ərzaq məhsullarında son illərin ən sürətli bahalaşması müşahidə oluna bilər. Ötən ilin yanvarı ilə müqayisədə 2026-cı ilin ilk ayında ən zəruri...
Sosial

Azərbaycanda hər üç nəfərdən yalnız birinin keyfiyyətli içməli su təminatı var

19 Fevral 2026

Foto: president.az

Bir müddət əvvəl prezident İlham Əliyevin yanında keçirilən su müşavirəsində su təsərrüfatına məsul agentliyin rəhbəri bildirmişdi ki, son 20 ildə Azərbaycanda əhalinin azı 73 faizinin fasiləsiz içməli su təminatına nail olunub. Həmin vaxt müstəqil ekspertlər bu rəqəmin reallığını şübhə altına almış və qeyd etmişdilər ki, bunun üçün şəffaf statistika açıqlanmalı, ölkənin hər rayonu üzrə fasiləsiz içməli suya çıxışı olan abonentlərin sayı barədə hesabatlar mütəmadi ictimailəşdirilməlidir. Dövlət Statistika Komitəsinin yeni açıqladığı “Dayanıqlı İnkişaf Məqsədləri”nə dair statistik icmal da müstəqil ekspertlərin bu məsələdə haqlı olduğunu deməyə əsas verir. Hesabata görə, yalnız Bakı və Abşeron yarımadasında əhalinin təxminən 70 faizi təhlükəsiz içməli su...

Seçilmiş Videolar

Toplum TV loqo