Sosial

Təklif olunan yaşayış yerindən imtina edənlər məcburi köçkün statusunu itirə bilər

3 İyun, 2026
344

meclis.gov.az

Milli Məclisdə müzakirəyə çıxarılan qanun dəyişikliyi məcburi köçkün statusunun itirilməsi üçün yeni əsas müəyyənləşdirir.

Söhbət “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdən gedir. 

APA-nın xəbərinə görə, layihə parlamentin Əmək və sosial siyasət, eləcə də İnsan hüquqları komitələrinin iyunun 3-də keçirilən birgə iclasında müzakirə olunub.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün şəxs əvvəl yaşadığı əraziyə qayıtdıqda və ya həmin yaşayış yerinin əvəzinə dövlət tərəfindən mənzillə təmin edildikdə statusunu itirir.

Yeni təklifə əsasən, vətəndaş ona təklif olunan yaşayış yerindən imtina etdikdə də məcburi köçkün statusuna xitam veriləcək.

Sənəddə keçid müddəası da nəzərdə tutulub. Həmin müddəaya əsasən, qanun qüvvəyə minənədək işğaldan azad edilmiş ərazilərdə əvvəlki yaşayış yerinin əvəzinə yeni mənzillə təmin olunmuş məcburi köçkünlərin statusuna qanunun qüvvəyə mindiyi tarixdən xitam veriləcək.

Dəyişikliyin əsaslandırılmasında bildirilir ki, vətəndaşın yeni yaşayış sahəsi ilə təmin olunması onun mülkiyyət hüququnun bərpası hesab edilir.

Hökumətin qarşıdakı illər üçün müəyyənləşdirdiyi əsas prioritetlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin həmin ərazilərə qayıdışının təmin edilməsidir.

Rəsmi məlumata görə, 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 34 min 500 ailənin, ümumilikdə isə 140 min nəfərin məskunlaşdırılması planlaşdırılır. Azərbaycanda hazırda təxminən 650 min məcburi köçkünün olduğu nəzərə alınarsa, bu, 2026-cı ilədək onların təxminən dörddə birinin, yəni 25 faizinin doğma yurdlarına qayıtmış olacağı anlamına gəlir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

5 ayda 6 əsgər ölümü: DSX-də nə baş verir? 

10 İyun 2026

Açıq mənbə

Tovuzun Əyyublu kəndindən olan, Sərhəd Qoşunlarının Naxçıvandakı hərbi hissəsində xidmət etmiş Natiq Məmmədov iyunun 1-də vəfat edib. Ailə üzvlərinin dediyinə görə, o, cəmi iki ay imiş ki xidmət edirmiş. Mətbuatda əsgərin qızılca xəstəliyindən öldüyü yazılsa da, ailə övladlarının öldürüldüyünü iddia edir. Dəfn mərasimində də çəkilişə icazə verilmədiyi deyilir.  “Ay camaat, dünən bura 20-30 polis tökmüşdülər ki, heç kim çəkiliş eləməsin. Ay millət, mən adammı öldürmüşdüm? Mən oğurluqmu eləmişdim, kimisə yaralamışdımmı ki bu qədər polisi tökmüşdülər?”, - “HamamTimes” səhifəsinin yayımladığı videoda danışan ata Namiq Məmmədov deyir.  Ötən ay Sərhəd Qoşunlarında xidmət zamanı ölən əsgər Ramin Cəbrayılovun qohumları da dəfn və yas...
Sosial

Məktəblərdə “TikTok” bloklanıb, sosial şəbəkələrə yaş məhdudiyyəti gəlir

8 İyun 2026

Getty Images

Azərbaycandakı ümumtəhsil məktəblərində “TikTok” sosial şəbəkəsinə giriş bağlanıb.  APA-nın xəbərinə görə, bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin komitələrinin birgə iclasında çıxışı zamanı məlumat verib. Nazir müavininin sözlərinə görə, məktəblərdə internetdən istifadə təhlükəsizlik qaydalarına uyğun şəkildə tənzimlənir. Hazırda terrorizm, zorakılıq və digər zərərli məzmunlarla əlaqəli 200-dən çox mövzu üzrə internet resurslarına giriş məhdudlaşdırılıb. Firudin Qurbanov bildirib ki, görülən tədbirlərin əsas məqsədi uşaqların fiziki və psixoloji sağlamlığının qorunmasıdır. O qeyd edib ki, müxtəlif araşdırmalar sosial şəbəkələrdən həddindən artıq istifadənin uşaq və yeniyetmələrin psixi sağlamlığına mənfi təsir göstərə biləcəyini ortaya qoyur. Milli Məclisin komitələri həmçinin yaş məhdudiyyəti tətbiq...

Seçilmiş Videolar

Toplum TV loqo