Araşdırma

Naxçıvanda İranla sərhəd necə dəyişdi? - kəndlilər danışır

14 Fevral, 2023
2247

Şərurun ucqar Ərəbyengicə kəndi İranla sərhəddə yerləşir. Bu kəndin adı Azərbaycanda son zamanlar torpaq satılması barədə iddialardan sonra gündəmə gəlib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefasından sonra yerli mediada yayılan məlumata görə, təxminən il yarım əvvəl Şərurun Ərəbyengicə kəndi istiqamətində İran ilə Azərbaycanın dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilib. İddialara görə, həmin istiqamətdə Araz çayının əsas yatağının önü kəsilərək çay suyu Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Nəticədə, 21 hektardan artıq torpaq sahəsi qonşu ölkənin ərazi hüdudlarına daxil edilib.

 Ərəbyengicə sakinlərindən bəziləri Toplum TV-nin əməkdaşı ilə söhbətdə bu haqda ehtiyatlı danışmağa çalışırlar. Bəzilərisə örüş torpaqlarının qonşu ölkənin nəzarətoinə keçdiyini deyirlər. 

75 yaşlı Əli Seyidov İrana torpaq satılması iddiasından xəbərsiz deyil, deyir od olmayan yerdən tüstü çıxmaz.

Dövlət Sərhəd Xidmətindən Toplum TV-yə verilən məlumatda Ərəbyengicədəki problem dolayısı ilə təsdiqlənib. Ancaq bu torpağın verilməsi kimi yox, təbiət hadisəsi kimi qələmə verilib, yəni çayın yataqdan çıxdığı deyilib.

DSX-nın şöbə rəisi Aftandil Abbasov bildirib ki,  Araz çayının əsl yatağına qaytarılması məqsədilə 2016-cı ildən başlayaraq hər iki tərəfdən dövlət qurumlarının mütəxəssisləri çoxsaylı görüşlər keçiriblər. Əldə edilmiş razılaşmalara uyğun olaraq 2020-ci ildə müvafiq məcranizamlama və sahilbərkitmə işlərinə başlanılıb. Hazırda bu işlər davam etdirilir.

Aftandil Abbasovun sözlərinə görə, Azərbaycanla İran arasında dövlət sərhəd xətti və sərhəd rejimi SSRİ və İran arasında 1954-cü il tarixli “Sərhəd və maliyyə məsələləri üzrə Sazişə” və ona əlavə edilmiş 1957-ci il sərhəd xəttinin təyin olunması və yenilənməsinə dair sənədlərə və xəritələrə, eləcə də 14 may 1957-ci il tarixli “Sərhədin rejimi və sərhəd münaqişələrinin və insidentlərinin tənzimlənməsi haqqında Müqavilə”yə əsasən müəyyən edilib.

DSX-dan deyilir ki, indi iki ölkə arasında dövlət sərhəd xətti qeyd edilən sənədlərə tam uyğundur və sərhəd xəttinin keçmə yerlərində hər hansı bir dəyişiklik yoxdur.

Toplum TV-yə danışan Coğrafiya üzrə fəlsəfə doktotu Mirnuh İsmayılov xəritəni göstərib deyir ki, Araz çayının Azərbaycan sahilİ dik olduğuna görə, torpaqların  təbii fəlakət nəticəsində İran tərəfinə keçməsi inandırıcı görünmür. Deyir, sərhəd məqsədli şəkildə , hansısa maraqlar xatirinə  belə dəyişdirilib.

Mirnuh İsmayılov deyir, müqavilədə sərhədin Araz çayı  üzərindən keçdiyi yazılırs, deməli, Araz yerini dəyişəndə sərhəd də dəyişdirilmiş olur.  Alim sual edir:

“Indi mənə o maraqlıdır, bizim sərhədçilər harada oturur?  Arazın köhnə yatağında, yoxsa bu yeni çəkilmiş yataqda.  Son dövrlərdə Arazda elə bir su gəlməyib ki, deyim  orada sərt döngəli-meandrı yarıb keçsin. Yəni bunu da müaşhidə etməmişik”.

 Azərbaycan  Konstitusiyasının 11-ci maddəsinə əsasən, Respublikanın ərazisi özgəninkiləşdirilə, heç bir hissəsi heç bir şəkildə kimsəyə verilə bilməz. Dövlət sərhədi yalnız Milli Məclisin qərarı ilə ölkənin bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dəyişdirilə bilər.

 Ərəbyengicə camaatı isə baş verənləri  gözdən-könüldən uzaqda olan kənddə dolanışığın ağırlığı, xüsusən su qıtlığı ucbatından sakinlərin yurd-yuvasını tərk etməsi ilə izah edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Araşdırma

BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?
 

26 Oktyabr 2024

Globalwoodsmarketinfo.com

Rusiya Federasiyasının Kazan şəhərində keçirilən BRİCS zirvə toplantısı yekunlaşdı. Bu sammit həm iştirakçılığın kəmiyyəti və keyfiyyəti, həm üzvlük üçün müraciət edənlərin sayı, həm də mövcud beynəlxalq şərait baxımından qurumun tarixində ən çox diqqət çəkən toplantı oldu. Məlumdur ki, Rusiya öz geosiyasi ambisiyalarına uyğun olaraq BRİCS-i Qərb dünyasına qarşı alternativ qlobal güc mərkəzi qismində böyütmək və gücləndirmək niyyətindədir. Bu baxımdan Kazan sammitinə Moskva tərəfindən çox böyük əhəmiyyət verilirdi. Azərbaycan və Türkiyə üzvlük üçün müraciət etmişdilər deyə, tədbirin nəticələri bizim üçün də önəmli idi. Xatırladaq ki, təşkilat 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin (BRİC) tərəfindən təsis edilib. 2010-cu ildə Cənubi Afrika...
Araşdırma

Maşın bazarında qəbzsiz milyonlar - Dövlət Vergi Xidməti susur

16 May 2023
Ümid Ümidli Babək prospektində yerləşən maşın bazarında avtomobil detalları satmaqla məşğul imiş. Deyir, icarəyə götürdüyü dükana görə hər ay bazar rəhbərliyinə iki min manatdan çox pul ödəyirmiş. Amma bu pulun qarşılığında qəbz almaq istəyəndə bazar rəhbərliyi ona mənfi cavab verib.     Ümid Ümidlinin sözlərinə görə, bundan sonra bazar rəhbərliyilə münasibətləri korlanıb və daha orada qalıb işləyə bilməyib.     Həmin maşın bazarındakı başqa sahibkarlar da deyir ki, hər ay ödədikləri icarə pulunun qarşılığında onlara qəbz verilmir. Sahibkarlar düşünür ki, buna səbəb onlardan icarənin rəsmi qiymətindən artıq pul alınmasıdır. Bundan başqa icarə qiymətlərinin  bahalığından da şikayətlənsələr də, kamera qarşısına çıxmaqdan...

Seçilmiş Videolar

Toplum TV loqo