Araşdırma

"Akkord" Vasif Talıbovun ortağının əlinə necə keçdi?

6 fevral, 2023
3767

“Akkord” ASC-nin keçmiş rəhbəri İlqar Hacıyev sement zavodunu geri istəyir. Mühacirətdə olan biznesmen indi Arkoz brendi ilə fəaliyyət göstərən zavodun yeni sahibi - türk iş adamı Emin Uçarı da məhkəməyə verəcəyini deyir. 

Buna səbəb bir vaxtlar ona məxsus olan Akkord Holdinqin başına Türkiyəli iş adamı Emin Uçarın keçməsi olduğunu deyir.

Hazırda xaricdə yaşayan İlqar Hacıyev danışır ki, 2007-ci ildə sement zavodunun proyektini hazırlayıb, 2013-cü ildə tikinti yekunlaşıb.

Hətta Prezident də zavodun açılışında iştirak edib.

Qısa müddət sonra Akkord Qazaxıstan, Özbəkistan, Ukrayna, Gürcüstan, Türkiyə, Əfqanıstan kimi ölkələrdə beynalxalq layihələr icra etməyə başlayıb.

2008-ci ildə akkord şirkətlər qrupu 4 milyard dollar civarında qiymətləndirilib, illik dövriyyəsi 600 milyon avronu keçib, sonradan biznesmen həbslə, ölümlə hədələnərək 51%-i prezident ailəsinə ötürməyə məcbur edildiyini açıqlayıb.

Onun sözlərinə görə payların bir qismini Dərya Vəliyev adlı şəxs vasitəsilə o vaxtkı baş prokuror, əsas hissəsini isə Əşrəf Kamilov vasitəsilə prezident Əliyevin ailəsi sahiblənib. 

Beynəlxalq jurnalist araşdırmaları Əşrəf Kamilovun Əliyevlərə məxsus başqa şirkətləri, o cümlədən Ata Holdinqi idarə etdiyinə dair faktlar açıqlayıb. 

İlqar Hacıyev sement zavodunun Kamilovdan Uçarların əlinə necə keçdiyindən xəbərsizdir. Ehtimal edir ki, kölgədəki əsl sahib yenə də prezident ailəsidir.
Amma Azərbaycan mətbuatı  Türkiyəli iş adamı Emin Uçarın Akkord rəhbərliyə gətirilməsi ilə bağlı heç nə yazmır.

Akkord Holdinqin saytında da bu barədə məlumat gözə dəymir.

Ancaq Türkiyə mətbuatı Emin Uçarın Azərbaycanın Qazax bölgəsində Sement fabrikini aldığını yazır.

Azərbaycanda rəsmi tenderləri qazandığını söyləyən Emin Uçarsa bu barədə qısa açıqlama verib “Çalışmağı sevirəm”.

Qazax Sementin idarə heyətinin sədri Hermann Sebastian Martinin yerinə isə Niyazi Palaslıoğlu təyin olunub. Palaslıoğlu əvvəl Gəmiqayada və Maqro şirkətlərində işləyib. 

Həmçinin, Akkord reklam çarxlarında artıq Arkoz adı ilə fəaliyyət göstərdiklərini elan edib.

Yeri gəlmişkən, Uçarın da Arkoz Mədənçilik adlı fabriki var.

Bəs Emin Uçar kimdir? Onun Azərbaycanla əlaqəsi nədir?

Uçar ailəsi mediada Naxçıvanın keçmiş Ali Məclsinin sədri Vasif Talıbovun ortaqları kimi təqdim olunur.

Emin Uçarın oğlu Emrah Uçar bir vaxtlara  Talıbovlara məxsus olan “Gəmiqaya” holdinq və digər bizneslərdəki şərikidir.

Emin Uçar 2008-də yaradılmış “Naxçıvanbank” ASC-də də 30 faizlik pay sahibi olaraq Talıbovlarla şərik idi, hazırda Gəmiqaya Holdinqin də idarə heyətinin sədridir. 

Vasif Talıbov vəzifəsindən getdikdən sonra Gəmiqaya Holdinq onun əlindən alınıb, adı dəyişdirildi, Arkoz edildi.

Emin Uçarın iş adamı kimi sahib olduqları bununla bitmir. Ona məxsus Maqro holdinq Azərbaycanda dəyəri milyonlar olan dövlət tenderlərini də qazanır.

Bir vaxtlar Akkordu təsis edən İlqar Hacıyev isə şirkətin ondan oğurlandığını bildirir. O məsələni hüquq müstəsivində qaldırmağı düşünür.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Araşdırma

Məktəblərdə bullinq: qanunlar niyə yetərli olmur?

2 may 2026

açıq mənbə

“Xəzər Universitetinin Dünya Məktəbinin Beynəlxalq Bakalavr bölümündə 10-cu sinif şagirdi Alpər Qurbanlı Azərbaycanda və inkişaf etmiş ölkələrdə məktəbdaxili zorakılığa qarşı siyasətlərin müqayisəli təhlilini aparıb. Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi təhlili olduğu kimi təqdim edirik: Məktəblərdə bullinq (həmyaşıd zorakılığı və təzyiqi) geniş yayılmış problemdir və bu hal şagirdlərin psixoloji, sosial və təhsil nəticələrinə ciddi təsir göstərir. Bu, şagirdlərin rifahını zəiflədir, sosial inkişafını pozur və öyrənmə nəticələrinə mənfi təsir edir. Psixoloji dəstək mexanizmləri mühüm olsa da, qarşısının effektiv şəkildə alınması üçün məktəblər və digər institutlarda icrası məcburi olan aydın hüquqi çərçivələrin mövcudluğu zəruridir. Beynəlxalq məlumatlar göstərir ki, bullinq Azərbaycanda hələ də ciddi problemdir....
Araşdırma

Xidməti avtomobili bazar qiymətindən 17 faiz baha alan məhkəmə

24 aprel 2026

Sosial media

Məhkəmələr ölkədə hüquq və ədalətin işləməsini təmin etməyə məsul mötəbər hakimiyyət qoludur. Amma qanun pozuntularının qarşısını almalı olan qurumun özü ilə bağlı səsləndirilən iddialar hüququn tətbiqi ilə bağlı suallar doğurur. Bu baxımdan Hesablama Palatasının Naxçıvan Ali Məhkəməsində yaxın zamanda başa çatdırdığı və nəticələrini açıqladığı audit diqqət çəkir. Yoxlamanın nəticələri göstərir ki, hüququn aliliyini təmin etməli olan bir strukturun fəaliyyətində qanunvericiliyin tələbləri ilə bağlı müəyyən uyğunsuzluqlar mövcuddur. Palata 2023-2025-ci illərdə Naxçıvan Ali Məhkəməsinin xərclədiyi 10,7 milyon manatı təftiş edib. Yoxlamanın aşkarladığı bir sıra qanun pozuntularına diqqət yetirməyə dəyər: Ali Məhkəmədə üç şöbənin hər biri ən azı 8 ştat vahidi əsasında formalaşdırılmalı...

Seçilmiş Videolar

Toplum TV loqo