sosial media
“Abzas Media”nın direktoru, 9 il azadlıqdan məhrum edilən Ülvi Həsənlinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (“kars”) salındığı iddia olunur.
Bu barədə Ü.Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva sosial media hesabında yazıb.
Onun sözlərinə görə, noyabrın 3-ü Ü.Həsənli ilə telefon danışığı üçün nəzərdə tutulan gün olsa da, o, ailəsinə zəng etməyib.
“Aldığım məlumata görə, Ülvini noyabrın 2-də karsa salıblar. Ülvini bir müddətdir “Abzas Media”da gedən yazılara görə 10 saylı CÇM rəhbərliyi təhdid edir. Emin Cəfərovun sifarişi ilə müavini Kamran Şahsuvarov dəfələrlə Ülvini təhdid edib və provokasiyaya çəkib”, - R.Quliyeva bildirib.
R.Quliyevanın iddiasına görə, müəssisə rəhbərliyi barədə “Abzas Media”da dərc olunan yazılardan sonra bəzi məhbuslara da təzyiq göstərilib.
“Rəhbərlik haqqında yazılar gedən məhbusları hədələyib məcbur edirlər ki, Ülviyə desinlər, saytdan yazıları sildirsin. 10 saylı CÇM-də Ülvinin başına nəsə gələrsə, bunun məsuliyyətini birbaşa həbsxana rəisi Emin Cəfərov daşıyır. Rəis və müavinləri istəməsə, orada heç bir məhbus digərinə qarşı fiziki təzyiq və ya şiddət göstərə bilməz. Hər şey onların tələbi nəticəsində baş verir”, - R. Quliyeva qeyd edib.
Quliyeva bildirib ki, noyabrın 1-də baş tutan son görüşləri zamanı Ülvi Həsənli də müəssisə rəisinin müavini Kamran Şahsuvarovun onu hədələdiyini deyib:
“Şahsuvarov digər məhbusları ona qarşı qızışdırıb, aralarında narazılıq yaradır. Bundan əlavə, nə uşaqla normal görüşə şərait yaradılır, nə də qanunla bütün məhbuslara verilən görüntülü zəngə icazə verirlər”.
R.Quliyeva müəssisədə korrupsiya və digər qanunsuz halların da baş verdiyini iddia edib:
“İstilik sistemindən tutmuş elementar oturacağa görə məhbuslardan pul yığılır, rüşvətxorluq və qanunsuzluq baş alıb gedir. Ombudsman Aparatı da buna göz yumur”.
İddialarla bağlı Penitensiar Xidmətdən məlumat almaq mümkün olmayıb.
Ülvi Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb. Daha sonra “Abzas Media işi” çərçivəsində nəşrin baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs olunublar.
Ülvi Həsənli və iş üzrə digər təqsirləndirilən şəxslərə qaçaqmalçılıq və müxtəlif maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il iyunun 20-də çıxardığı hökmə əsasən, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
“Abzas Media işi” üzrə təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
RSF
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi qapalı keçirilib, fəallar prosesə buraxılmayıb
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar