Siyasət

Avropa İttifaqı: Jurnalistlərə qarşı cinayətlər cəzasız qalmamalıdır

3 noyabr, 2026
62

sosial media

Avropa İttifaqı jurnalistlərin öldürülməsi, təqib olunması, qanunsuz saxlanılması və peşə fəaliyyətinə görə təzyiqlərlə üzləşməsi ilə bağlı bəyanat yayıb.

Noyabrın 1-də Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas, Avropa Komissiyasının icraçı vitse-prezidenti Henna Virkkunen və komissar Maykl Makqrat Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü münasibətilə birgə bəyanat yayıblar.

Bəyanatda qeyd olunub ki, dünyanın müxtəlif yerlərində jurnalistlər öldürülür, işgəncəyə məruz qalır, təqib edilir, həbs olunur və ölkələrini tərk etməyə məcbur qalırlar.
“Jurnalistlər onlayn təqib, qanunsuz müşahidə, nüfuzdan salma kampaniyaları, məhkəmə iddialarından sui-istifadə və iqtisadi təzyiqlərlə üzləşirlər”, - bəyanatda bildirilib.

Aİ rəsmiləri qadın jurnalistlərin bu cür hücumlarla qeyri-mütənasib şəkildə daha çox üzləşdiyini vurğulayıblar. Onlar Aİ-nin müstəqil jurnalistikanı qorumağa davam edəcəyini bildiriblər.
“Avropa İttifaqı müstəqil jurnalistikanı qorumağa, jurnalistlərə dəstək verməyə və konkret halları tərəfdaş ölkələrlə insan hüquqları üzrə dialoqlarda qaldırmağa davam edəcək”, - birgə bəyanatda deyilir.

Bəyanata əsasən, Avropa Komissiyası 2025-ci ilin sonunadək 56 ölkədə müstəqil medianın dəstəklənməsi üçün 100-dən çox layihəyə başlayıb. 2015-ci ildən fəaliyyət göstərən ProtectDefenders.eu mexanizmi isə risk altında olan təxminən 13 min jurnalistə birbaşa yardım göstərib.

Aİ rəsmiləri bütün dövlətləri jurnalistləri qorumağa, onlara qarşı törədilən cinayətləri effektiv araşdırmağa və məsul şəxsləri ədalət mühakiməsi qarşısında cavab verməyə çağırıblar.

Aİ daha əvvəl də Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı bəyanatlar yayıb.

Avropa Jurnalistlər Federasiyasının 2025-ci ilin dekabrına olan məlumatına görə, Azərbaycanda 37 jurnalist və media işçisi həbsdə olub. Bu rəqəmə yalnız jurnalistlər deyil, media sahəsində çalışan digər şəxslər də daxildir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...
Siyasət

Cəmil Həsənli bacısı oğlunun döyüldüyünü deyir: “Əli Kərimlinin və mənim əleyhimə danışmağa məcbur ediblər”

6 noyabr 2026

Foto:Turan

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli bacısı oğlu Aqil Əliyevin Biləsuvar Rayon Polis Şöbəsində saxlanıldığını və döyüldüyünü iddia edib. Siyasətçi bu barədə noyabrın 6-da sosial media hesabında məlumat yayıb. Cəmil Həsənlinin sözlərinə görə, bacısı oğlundan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimliyə qarşı çıxış etməsi istənilib. “Görünür, bunlar Əli bəyin məhkəməsi dövründə ona qarşı ‘ümummilli’ kampaniya hazırlayırlar. Dünən Biləsuvarda bir dəstə polis əməkdaşı idman zalına gəlib mənim bacım oğlu Aqil Əliyevi polis şöbəsinə aparıb. Orada ona deyiblər ki, çıx televiziyada Əli Kərimlinin və dayın Cəmil Həsənlinin əleyhinə çıxış elə. De ki, Əli Kərimli və Cəmil Həsənli xalqı...

Seçilmiş Videolar

Toplum TV loqo