Siyasət

Fərid İsmayılov: “Cəmiyyət hakimiyyət mirzələrini qələm əhli hesab etmir”

3 Noyabr, 2026
26

VOA

“Toplum TV işi” üzrə 12 il azadlıqdan məhrum edilən jurnalist Fərid İsmayılov son günlərdə mediada bəzi jurnalislərə qarşı zorakılıq iddiaları , eləcə də Media və Yayım Şurasının (MYŞ) mövqeyi ilə bağlı yazı qələmə alıb.

Yazını olduğu kimi təqdim edirik.

“Son günlərdə hökumətin nəzarətində olan media qurumlarının əməkdaşları ard-arda hücumlara məruz qalırlar. Daxili İşlər Nazirliyi (DİN) insidentlə bağlı cinayət işi başlayıb, Media və Yayım Şurası isə bəyanat yayıb.
DİN özü son 3 ildə azı 20 jurnalisti oğurlayıb həbs edib, onlara zorakılıq göstərib. MYŞ baş verən bu şərləmələrə susub. Jurnalist Elmar Hüseynovun qatili (qatilləri) hələ də cəzalandırılmayıb (cəzalandırılmayıblar), MYŞ bu cinayət işinin nəticəsini tələb etmir. Beynəlxalq təşkilatlar həbsxanalarda girov saxlanılan jurnalistlərin azadlığını tələb edir, MYŞ bir dəfə də olsun bəyanat yaymır.

MYŞ baş verən mirzə döyülmələrini “cəmiyyətin məlumat almaq hüququna təhdid” kimi qiymətləndirir. Lakin reallıq fərqlidir. Hər gün vətəndaşı təhqir edən, onun haqqının tapdalanmasını məqbul sayan mirzələrə cəmiyyət belə reaksiya verir.

“Jurnalist toxunulmazdır” tezisinin qırılmasında aktiv iştirak edən mirzələr bu gün özləri hədəfə çevrilirlər. Cəmiyyətdən istədikləri dəstək isə əbəsdir. Cəmiyyət bu gün onun səsi olmayan hakimiyyət mirzələrini söz, qələm əhli hesab etmir. Buna görə də bu cür zorakı reaksiyalar ortaya çıxır.

Media və Yayım Şurası, həbsxanalarda girov saxlanılan azad söz keşikçiləri haqda nə zaman səsiniz çıxacaq? Sualım ritorikdir. Çünki sizə azad söz lazım deyil.
Yumruğu atan da, buna şərait yaradan da özünüzsünüz”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Polad Aslanov aclıq aksiyasını dayandırıb: “Həkimlər iflic qala biləcəyimi dedilər”

3 Noyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanov 20 gün davam edən aclıq aksiyasını dayandırıb. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova sosial media hesabında paylaşım edib. Onun sözlərinə görə, hicab qadağına etiraz olaraq oktyabrın 12-də aclıq aksiyasına başlayan Aslanov oktyabrın 31-də Müalicə Müəssisəsində aksiyanı dayandırıb. Gülmirə Aslanova həyat yoldaşının səhhətinin kəskin pisləşdiyini bildirib. Polad Aslanov aksiyanı dayandırmasının səbəbini belə izah edib: “Çəkim 41 kq, təzyiqim 50/80 idi. Artıq su da qəbul edə bilmirdim. Gözlərim qaralır, qulaqlarımdan şiddətli ağrılar qalxırdı. Həkimlər hər an komaya düşə biləcəyimi və iflic qala biləcəyimi bildirdilər. Səhhətimdə yaranan problemlərə görə aclıq aksiyasını dayandırdım. Gücüm bu qədər yetdi”. Aslanov...
Siyasət

İqbal Əbilov 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilib

3 Noyabr 2026

sosial media

Həbsdə olan akademik tədqiqatçı İqbal Əbilov 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilib. Yaxınlarının məlumatına görə, noyabrın 2-də Qaradağ Rayon Məhkəməsində Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin Əbilovun 3 il müddətinə qapalı tipli həbsxanaya keçirilməsi ilə bağlı təqdimatına baxılıb. Hakim Teymur Qurbanovun sədrlik etdiyi açıq məhkəmə iclasında təqdimat qismən təmin edilib. Məhkəmə Əbilovun 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilməsi barədə qərar qəbul edib. İclasda talış dilində çıxış edən Əbilov ona istinad edilən intizam pozuntularının əsassız olduğunu bildirib. O deyib ki, cəzaçəkmə müəssisəsinin barəsində qəbul etdiyi bir sıra qərarlarla tanış edilməyib, ondan izahat alınmayıb. “Haqsızlığın qarşısında susmaq, boyun əymək olmaz....

Seçilmiş Videolar

Toplum TV loqo