Dünya

Kosmosun fəthində ilklər

12 aprel, 2021
2933

Açıq mənbələrdən götürülüb


12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 

1961-ci ilin bu günündə ilk insan - SSRİ vətəndaşı Yuri Qaqarin kosmosa uçub. 

Onu orbitdən çıxaran "Vostok" kosmik gəmisi 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövrə vuraraq Saratov əyalətində yerə enib. 

Bu tarixə qədər kosmosa ancaq insansız aparatlar göndərilib.  

SSRİ-nin ilk süni peyki 4 oktyabr 1957-ci ildə Baykonur kosmodromundan orbitə buraxılıb.

1958-ci il fevralın 1-də isə Amerikanın ilk süni peyki kosmosa uçub və 1970-ci ilin martına qədər orbitdə olub. 

Sovet İttifaqının 1960-ci ilə avqustun 19-da açıq fəzaya göndərdiyi "Sputnik-5" kosmik gəmisinin göyərtəsində Belka və Strelka adlı iki it olub. Bu uçuş da uğurlu olub, gəmi də, heyvanlar da sağ-salamat geri qaydıblar.

SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarıyla Qaqarinin kosmosa uçduğu 12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günü elan edilib və hazırda bir çox ölkələrdə qeyd olunur. 

1969-cu il iyulun 16-da ABŞ-ın Kennedi Kosmos Mərkəzindən (Florida) uçan "Apollon 11" kosmik gəmisi  4 gün sonra Aya enib.

Növbəti gün gəmi heyətinin üzvlərindən olan Neil Armstronq Ay səthinə çıxıb və Aya ayaq basan ilk insan kimi tarixə düşüb. 

Qaqarinin uçuşunun iyirminci ildönümündə - 1981-ci il aprelin 12-də ABŞ təkrar istifadə oluna bilən “Speys Şatl” (“Space Shuttle”) gəmisini kosmosa göndərilib. 

1988-ci ildə SSRİ bu gəminin analoqu olan “Buran”ı sınaqdan keçirib. 

İndiyə qədər kosmosda ən çox qalan kosmonavt rusiyalı Sergey Avdeyevdir – 747 sutka 17 saat. 

Bir uçuşun davamiyyətinə görə lidersə ixtisasca həkim olan Valeri Polyakovdur. O, "Mir" stansiyasında bir ildən çox - 437 sutka 17 saat qalıb. 

Kosmosa uçan ilk qadın kosmonavt rusiyalı Valentina Tereşkovadır.

Marsa isə ilk uçuş 2020-ci il iyunun 30-da baş tutub - NASA-nın “Perseverens” (“Perseverance”) kosmik gəmisi 470 milyon kilometrlik məsafə qət edib. 

Uzun illər kosmonavtika sahəsində əsas rəqabət ABŞ və SSRİ arasında olsa da, son illər Çin, Hindistan, Yaponiya və İran da bu sahədə irəliləmkdədirlər.

Çin insanlı kosmik uçuşlar həyata keçirir, bu ölkənin ticarət peyki mövcuddur. 

İndiyədək kosmosun fəthiylə bağlı 250-dən çox proqram həyata keçirilib, 32 ölkədən yüzlərlə kosmonavt və astronavt açıq fəzaya səfər edib.

Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var.
 
"R-2" raketlərinin istehsalında müstəsna rolu olan K.Kərimov Kosmosa Uçuş üzrə Dövlət Komissiyasının sədri olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fransa 700-dən çox supermarketə kiberhücumda İranı ittiham edir

10 noyabr 2026

sosial media

Fransa hakimiyyəti ölkədə yüzlərlə supermarketə qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumun arxasında İranın dayandığını iddia edir. Hücum nəticəsində soyuducu və dondurucu sistemlərin fəaliyyəti pozulub, milyonlarla avro dəyərində ərzaq məhsulu yararsız hala düşüb, azı 15 yanğın baş verib. Fransa Xarici İşlər Nazirliyinin noyabrın 9-da yaydığı bəyanata görə, oktyabrın 11-dən 12-nə keçən gecə baş verən hücum ölkə üzrə 700-dən çox ticarət obyektini əhatə edib. Paris hadisəyə görə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirilən “Şəhid Kaveh” adlı kiberqrupu məsul hesab edir. Fransa tərəfinin bildirdiyinə görə, hakerlər mağazalardakı soyuducu avadanlıqların uzaqdan idarəetmə sistemlərinə daxil olaraq onların iş rejimini dəyişdiriblər. Nəticədə soyuducularda ərimə prosesi...
Dünya

İran XİN: “Ermənistan TRIPP layihəsinin sərhədləri dəyişməyəcəyinə təminat verib”

10 noyabr 2026

sosial media

Ermənistan İranı əmin edib ki, Ermənistanın Sünik vilayətindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi regionun sərhədlərini və geosiyasi mənzərəsini dəyişməyəcək. “Mehr” agentliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib. “Biz dəfələrlə mövqeyimizi ifadə etmişik. Nəqliyyat yollarının blokadadan çıxarılmasını alqışlamışıq və vurğulamışıq ki, bu layihələr regionun geosiyasətinin dəyişməsinə gətirib çıxarmamalıdır”, - deyə Bəqai qeyd edib. İran rəsmisinin sözlərinə görə, ABŞ-nin regiondakı mövcudluğu və təsiri həmişə “təhlükəsizlik problemləri ilə müşayiət olunub”. “Biz narahatlıqlarımızı Ermənistana bildirmişik və bu layihənin sərhədlərin dəyişməsinə səbəb olmayacağına dair əmin edilmişik”, - o əlavə edib. TASS agentliyi də...

Seçilmiş Videolar

Toplum TV loqo