Siyasət

Azərbaycanda Kosmik Agentlik yaradıldı

27 Aprel, 2021
1453

President.az

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. 

"President.az" saytının məlumatına görə, fərmana əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs yaradılıb. 

Agentlik “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, Cəmiyyətin hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Toplum TV işi”: Müdafiə tərəfinin vəsatətləri müzakirəyə çıxarılmadan rədd edilib

21 Sentyabr 2026

Toplum TV

Sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə həbs 12-15 il həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılıb. Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin verdiyi 8 vəsatətin heç biri müzakirəyə çıxarılmayıb. Müşavirədən qayıdan məhkəmə heyəti vəsatətlərin rədd edildiyini elan edib. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli məhkəmə zalında mikrofonun işləməməsinə etiraz edib və səhhətindəki problemləri xatırladıb: “Mikrofon işləmədiyinə görə ucadan danışmağa məcburam, amma səhhətimə görə ucadan danışa bilmirəm. Mən şərlənib həbsə düşəndən bəri dörd növ xroniki xəstəliyə tutulmuşam. Hazırda da bu vəziyyətim davam edir”. Məmmədli 30 illik hüquq fəaliyyəti ərzində belə məhkəmə prosesi görmədiyini deyərək hakimlərə...
Siyasət

Qızı: “Tofiq Yaqublu dörd həftədir həyat yoldaşına etibarnamə verə bilmir”

21 Sentyabr 2026

sosial media

Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun həyat yoldaşına etibarnamə verməsi məsələsi dörd həftədir həll olunmur. Bu barədə siyasətçinin qızı Nigar Həzi qsentyabrın 21-də atası ilə telefon danışığından sonra sosial media hesabında məlumat yayıb. Onun sözlərinə görə, Yaqublu həyat yoldaşı Maya Yaqubluya etibarnamə vermək istəsə də, aidiyyəti qurumlar məsuliyyəti bir-birinin üzərinə atırlar. “Gah deyirlər ki, bu işə Ədliyyə Nazirliyi baxır, gah da deyirlər Penitensiar Xidmət. Uzun sözün qısası, o, bunun üstünə atır, bu da onun. Hələ də anam etibarnaməni ala bilməyib”, - N.Həzi qeyd edib. O, həmçinin atasına həbsxanada təzyiqlərin artdığını və saxlanma şəraitinin dözülməz həddə çatdığını...

Seçilmiş Videolar

Toplum TV loqo