Dünya

Yuri Qaqarin haqqında beş maraqlı mif

12 Aprel, 2021
3704

Açıq mənbələrdən götürülüb

12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk insan - SSRİ vətəndaşı Yuri Qaqarin kosmosa uçub. Qaqarinin bioqrafiyası sirlərlə və əfsanələrlə doludur. “360” portalı kosmonavt haqqındakı ən maraqlı əfsanələri bölüşüb. Onlardan bəzilərinin gerçək əsasları var, digərləri isə tamamilə uydurmadır.

Açılmış bağ

Kosmosa uçuşdan sonra Qaqarini Moskvadakı Qırmızı meydanda təntənəli şəkildə qarşılayırlar. Kinoxronika kadrlarında görmək olur ki, Qaqarin Sov.İKP MK-nın birinci katibi Nikita Xruşova tərəf addımlayarkən sağ çəkməsinin bağı açılıb. Deyilənə görə, məşhur diktor Yuri Levitan bunu sezəndə, həyəcandan səsi batıb. Amma məhz bu məqam sovet insanlarını əmin edib ki, Qaqarin öz hünərinin bütün əzəmətinə baxmayaraq, onlar kimi adi insandır.

Amma sonra aydın olub ki, görünən bağ deyil, corabsaxlayan imiş. Əvvəllər corablar rezinsiz buraxılırdı və onları saxlamaq üçün baldıra corabsaxlayan taxılırdı. Xruşovun oğlu Sergey danışırmış ki, təntənəli qəbul zamanı bu rezin bağ açılıb. Onun toqqası Qaqarinin ayağına dəyib incidirmiş, amma o, büruzə verməyib.

Yadigar düymə

Getdiyi hər yerdə Qaqarini qadın heyranları qarşılayırdılar. Onlar Yurini təkcə qucaqlayıb öpməklə kifayətlənmir, mundirindən düymə qoparıb yadigar saxlamağa çalışırdılar. Kosmonavt özü danışırmış ki, səfərlər zamanı özü ilə ehtiyat düymələr götürməli olurmuş.

İtaliyalı ulduzla gizli məhəbbət macərası

1961-ci ilin iyulunda Moskvaya səfər edən Cina Lollobricida Qaqarinə məftun nəzərlərlə baxırmış. Mədəniyyət nazirinin yanında ümumi toplantıdan sonra kino ulduzu Qaqarinin yanağından öpür. Bu kadrlar bütün dünya mətbuatını dolaşır. Bundan sonra Qaqarin və Lollobricidanın müxtəlif ölkələrdə görüşməsi, hətta aktrisanın onun otel otağına pəncərədən girməsi haqqında şayiələr dolaşırdı. Amma Qaqarin öz arvadına sadiq idi və onun guya sevgi macəraları yaşamasına dair iddiaların heç biri təsdiqini tapmayıb. 

Kraliçanın qəbulunda limon

Qaqarinin Böyük Britaniyaya səfəri böyük təntənə ilə keçib. Yayılan əfsanələrdən birinə görə, sovet kosmonavtı Bukingem sarayında qəbul zamanı çay içərkən öz fincanından limonu çıxarıb və yeyib.

Onun belə sadə davranışı oradakılar üçün gözlənilməz olub. Amma II Yelizaveta özünü itirməyib və o da öz limonunu yeyib. Bu əhvalatın baş verməsi haqqında  heç bir dəlil-sübut yoxdur. Qaqarini uçuşa hazırlayan Vladimir Lebedevin dediyinə görə, kosmonavt baş verənlərin gerçək olduğunu inanmaq üçün kraliçanın ayağına toxunub. Amma o, limon barədə heç nə yazmır.

Qaqarin kosmosa uçmayıb?

Qaqarin kosmosa uçmaması haqqında konspiroloji versiya da mövcuddur. Məsələn, macar yazıçısı İştvan Nemere öz kitabında yazır ki, “Vostok” gəmisi kosmosa aprelin 12-də deyil, beş gün əvvəl, aprelin 7-də uçub və onun göyərtəsində Vladimir İlyuşin adlı təyyarəçi olub, amma o, Yerə qayıdandan sonra çox pis görünürmüş, ona görə də ilk kosmonavt roluna gözəl gülüşü olan yaraşıqlı Yuri Qaqarini seçiblər. Qaqarinin bir neçə il sonrakı ölümü də guya həqiqəti dünyadan gizlətmək üçün təşkil olunub.

Sovet hökuməti Qaqarinin uçuşu haqqında məlumatları uzun müddət məxfi saxladıqlarına görə qərb jurnalistləri belə versiyaları çox yayıblar. Amma hökumətlər və siyasi elitalar xüsusi xidmət orqanlarının məlumatlarına malik idilər və uçuşun gerçəkliyini heç vaxt şübhə altına almayıblar. Zaman keçdikcə belə əsassız ehtimalları büsbütün puça çıxaran kifayət qədər etibarlı informasiya ortaya çıxıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo