Dünya

NASA-nın "Perseverance" aparatı Marsa eniş etdi

19 fevral, 2021
1622

ABŞ Milli Aeronavtika və Fəza Agentliyinin (NASA) Marsa "Atlas V" raketi vasitəsilə göndərdiyi "Perseverance" aparatı planetə eniş edib. 

CNN-nin yerli vaxtla fevralın 18-də verdiyi xəbərə görə, təxminən yeddi dəqiqə davam edən eniş prosesi NASA-nın saytında canlı yayımlanıb.

"Perseverance" aparatının sürəti əvvəlcə 20 000 km/saat, sonra isə 3,2 km/saat olub. Aparat üç trosla Yezero kraterinə ehmalla endirilib. 

Proses zamanı bütün əməliyyatlar avtomatik şəkildə həyata keçirilib. Kosmik missiyanın əsas məqsədi Marsda həyat izlərini axtarmaqdan ibarətdir. "Perseverance" aparatı 7 alətdən ibarətdir və bu alətlər Mars süxurlarının tədqiq olunması üçün Yer kürəsindən idarə olunacaqlar. Aparat 23 kamera ilə təchiz olunub, 2 ədəd mikrofon vasitəsilə alimlər Qırmızı pkanetin səthindəki səsləri qeydə ala biləcəklər.

“Perseverance” Marsdakı çökmə süxurların xüsusiyyətlərini öyrənməklə yanaşı, həm də göyərtəyə quraşdırılmış xüsusi “kabinet”də bunların nümunələrini toplayacaq. Daha sonra isə bu nümunələr NASA-nın xüsusi missiyası ilə Yerə gətiriləcək. Həmin missiyanın 2026-cı ildən tez baş tutmayacağı bildirilir. 
“Perseverance” NASA-nın planetin səthinə endirdiyi beşinci kosmik aparatıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fransa 700-dən çox supermarketə kiberhücumda İranı ittiham edir

10 noyabr 2026

sosial media

Fransa hakimiyyəti ölkədə yüzlərlə supermarketə qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumun arxasında İranın dayandığını iddia edir. Hücum nəticəsində soyuducu və dondurucu sistemlərin fəaliyyəti pozulub, milyonlarla avro dəyərində ərzaq məhsulu yararsız hala düşüb, azı 15 yanğın baş verib. Fransa Xarici İşlər Nazirliyinin noyabrın 9-da yaydığı bəyanata görə, oktyabrın 11-dən 12-nə keçən gecə baş verən hücum ölkə üzrə 700-dən çox ticarət obyektini əhatə edib. Paris hadisəyə görə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirilən “Şəhid Kaveh” adlı kiberqrupu məsul hesab edir. Fransa tərəfinin bildirdiyinə görə, hakerlər mağazalardakı soyuducu avadanlıqların uzaqdan idarəetmə sistemlərinə daxil olaraq onların iş rejimini dəyişdiriblər. Nəticədə soyuducularda ərimə prosesi...
Dünya

İran XİN: “Ermənistan TRIPP layihəsinin sərhədləri dəyişməyəcəyinə təminat verib”

10 noyabr 2026

sosial media

Ermənistan İranı əmin edib ki, Ermənistanın Sünik vilayətindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi regionun sərhədlərini və geosiyasi mənzərəsini dəyişməyəcək. “Mehr” agentliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib. “Biz dəfələrlə mövqeyimizi ifadə etmişik. Nəqliyyat yollarının blokadadan çıxarılmasını alqışlamışıq və vurğulamışıq ki, bu layihələr regionun geosiyasətinin dəyişməsinə gətirib çıxarmamalıdır”, - deyə Bəqai qeyd edib. İran rəsmisinin sözlərinə görə, ABŞ-nin regiondakı mövcudluğu və təsiri həmişə “təhlükəsizlik problemləri ilə müşayiət olunub”. “Biz narahatlıqlarımızı Ermənistana bildirmişik və bu layihənin sərhədlərin dəyişməsinə səbəb olmayacağına dair əmin edilmişik”, - o əlavə edib. TASS agentliyi də...

Seçilmiş Videolar

Toplum TV loqo