Dünya

1000-dən çox musiqiçi İsrailə görə "Avroviziya"nı boykot etməyə çağırır 

23 Aprel, 2026
93

Reuters

1000-dən çox musiqiçi açıq məktubla fanatlarını builki "Avroviziya" mahnı müsabiqəsini boykot etməyə çağırıb. 

Aralarında keçmiş "Avroviziya" qaliblərinin də olduğu sənətçilər bunu İsrailin yarışmada iştirakına icazə verilməsi ilə izah ediblər. 

Məktubda yarışmanın təşkilatçısı olan Avropa Yayım Birliyinin (AYB) siyasəti "ikiüzlü" adlandırılır. Buna səbəb kimi 2022-ci ildə Ukrayna işğalına görə Rusiya kənarlaşdırıldığı halda, İsrailin yarışmada qalması göstərilib. 

“AYB-nin Rusiya və İsrailə münasibətdə fərqli yanaşması "Avroviziya"nın neytral olduğu iddiasını şübhə altına alır. AYB 2022-ci ildə demişdi ki, Rusiyanın iştirakı ‘müsabiqənin nüfuzuna zərər verəcək’. Amma Qəzzada 30 aydan çox davam edən zorakılıq, eləcə də Qərb Sahilində baş verən hadisələr İsrailə qarşı eyni qərarın verilməsi üçün kifayət hesab olunmur", - müraciətçilər bildirib. 

Builki "Avroviziya"nın 12-16 may tarixlərində Avstriyada keçirilməsi gözlənilir. 

2023-cü ilin oktyabrından başlayaraq iki il müddətində İsrail Qəzza zolağını bombalayıb, nəticədə 70 mindən çox insan həlak olub. Onların 20 mindən çoxu uşaqlardır. 

Beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının xüsusi məruzəçiləri İsrailin əməllərini "soyqırımı" kimi qiymətləndirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Putin Azərbaycana 1 milyon rubldan artıq nağd pul aparılmasını qadağan edib

29 Sentyabr 2026

moskvichmag.ru

Rusiya prezidenti Vladimir Putin fiziki şəxslərin, hüquqi şəxslərin və fərdi sahibkarların ölkəsindən Azərbaycan, Tacikistan, Özbəkistan və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə 1 milyon rubldan artıq nağd rubl çıxarmasını qadağan edib. Bu, sentyabrın 29-da imzalanan prezident fərmanında qeyd olunub. Fərmana əsasən, hökumətin müəyyənləşdirəcəyi hava limanlarından bank çıxarışı və ya Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda nəzərdə tutulan digər sənədlər əsasında 1 milyon rubldan artıq nağd rubl çıxarmaq mümkün olacaq. Aİİ-yə Rusiya ilə yanaşı Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Qadağanın pozulacağı halda vəsait müsadirə ediləcək. Fiziki şəxslərdən 1 milyon rubldan artıq məbləğ, hüquqi şəxslər və fərdi sahibkarlardan isə bütün vəsait alınacaq. Yeni qərarla...
Dünya

Zelenski: “Şimali Koreya Rusiyaya təxminən 10 min hərbçi göndərməyə hazırlaşır”

29 Sentyabr 2026

forbes.ua

Ukrayna prezidenti Volodimir Zelenski Şimali Koreyanın Rusiyaya təxminən 10 min hərbçi göndərməyə hazırlaşdığını deyib. Zelenski bunu sentyabrın 28-də axşam müraciətində Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin hesabatına istinadən bildirib. Onun sözlərinə görə, hərbçilərin seçilməsi, hazırlığı və sonradan Rusiyaya göndərilməsi prosesi davam edir. Zelenski hazırda Rusiyada 8 mindən çox Şimali Koreya hərbçisinin olduğunu da deyib. Ukrayna prezidenti Rusiyanın Şimali Koreyanın yardımının əvəzini texnologiya ilə ödədiyini bildirib. Onun sözlərinə görə, bunun qarşılığında Şimali Koreyada “Şahed” tipli pilotsuz uçuş aparatlarının istehsalı qurulub. “Şər məhz belə yayılır”, - Zelenski qeyd edib. Şimali Koreyanın Rusiyaya hərbçi göndərməsi barədə məlumat ilk dəfə 2024-cü ilin oktyabrında yayılıb. Kreml...

Seçilmiş Videolar

Toplum TV loqo