nuhcixan.az
Naxçıvanda çörək sexlərinin məhsulun çəkisini azaldaraq alıcıları aldatdığı haqda şikayətlər səslənir.
Mövzunu ilk olaraq ictimailəşdirən "Gündəlik Naxçıvan”-a yerli sakinlərdən birinin dediyinə görə, 40 qəpiyə, 300 qramlıq adı ilə satılan “Bərəkət” çörəyini tərəzidə çəkərkən 250 qram olduğunu görüb.
Adının açıqlanmasını istəməyən başqa sakinlər də "Toplum TV”-yə danışaraq bu faktı təsdiqləyiblər:
"40 qəpiklik çörək 300 qram olmalıdır. Əvvəllər 303, 302 qram gəlirdi çəkisi. Bu insanları aldatmaqdır. Paketdə qablaşdırılmalıdır və üstündə qramı qeyd olunmalıdır. Müştəri bilməlidir ki, ödədiyi pula neçə qram çörək alır. Görün o zavoddan nə pullar yeyilir", - onlar bildiriblər.
Sakinlər bunun təsadüf olduğunu da düşünmürlər:
"Kündə kəsən maşınlarda qramı özləri nizamlayır. Əldə kəsilmir ki, deyəsən 1-2 çörəkdə belə ola. Bütün çörəklərin kündəsi deməli belə az qramlıq kəsilir. Evinə 3 çörək alan adam indi məcbur 5 çörək almalıdır”.
"Gündəlik Naxçıvan"ın mövzu ilə bağlı sosial media paylaşımına rəy yazan Naxçıvan sakini də eyni problemlə üzləşdiyini bildirib.
"Camaatın çörək puluna göz dikiblər. Bunun əsas səbəbkarı Naxçıvanın İqtisadiyyat Nazirliyindəki antiinhisar şöbəsidir. Onlar buna cavabdehdirlər. Bir ilə yaxındır ki, çörəyin çəkisi xeyli azalıb. Evə 5 çörək alıram, tərəzidə yoxlayıram, ümumi çəki 1300 qram və bəzən daha aşağı olur", - istifadəçilərdən biri yazıb.
Şikayətçilərin dediyinə görə, aidiyyəti qurumlara müraciətlər nəticəsiz qalır. Onlar iddia edirlər ki, buna səbəb çörək sexlərinin bəzi məmurların nəzarətində olmasıdır.
“Toplum TV” məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə sorğu göndərib. Cavab daxil olduğu təqdirdə material
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Memar: "Bayırşəhərdə dövlət reyestrindən çıxarılmış tarixi abidələr reyestrə qaytarılmır"
Abdul Hüseynov
Şəki yaylası
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”