Dünya

Tramp xaricdən gətirilən dronlara 100 faizə qədər rüsum tətbiq edib

14 Avqust, 2026
9

sosial media

ABŞ prezident Donald Tramp pilotsuz uçuş aparatları (PUA) və onların komponentlərinin idxalına yeni gömrük rüsumları tətbiq ediləcəyini açıqlayıb. Administrasiya bu addımı ABŞ-nin dron təchizatında xarici istehsalçılardan həddindən artıq asılı olması ilə əsaslandırır.

Ağ Evin yaydığı məlumata görə, Tramp bununla bağlı fərman imzalayıb. 

Fərmana əsasən, milli təhlükəsizlik baxımından həssas hesab olunan, müəyyən texniki göstəricilərə malik dronlara 100 faizlik advalor (gömrük dəyərinə mütənasib) rüsum, daha kiçik dronlara isə 25 faizlik gömrük rüsumu tətbiq ediləcək.

Bundan əlavə, Avropa İttifaqı, Yaponiya, Lixtenşteyn, Cənubi Koreya, İsveçrə və Tayvandan idxal olunan dronlar və onların komponentləri üçün 15 faiz, Böyük Britaniyadan gətirilən pilotsuz uçuş aparatları üçün isə 10 faiz gömrük rüsumu müəyyənləşdirilib.

Tramp bildirib ki, ticarət naziri Hovard Latnikin apardığı araşdırma nəticəsində ABŞ bazarında xarici istehsalçıların üstün mövqedə olduğu müəyyən edilib.

“Nazir müəyyən edib ki, xarici istehsalçıların dronlarının ABŞ bazarındakı payı xeyli böyükdür və Birləşmiş Ştatlar dronlar və onların komponentləri baxımından xarici mənbələrdən həddindən artıq asılıdır”, -Tramp deyib.

Fərmana əsasən, yeni gömrük rüsumları 21 gündən sonra qüvvəyə minəcək. Milli təhlükəsizlik baxımından həssas hesab olunmayan dron komponentlərinə tətbiq ediləcək rüsumlar isə fərmanın imzalanmasından 180 gün sonra qüvvəyə minəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Vensin istəyindən sonra Zelenski bəzi neft tankerlərinə PUA zərbələrini dayandırıb

12 Avqust 2026

president.gov.ua

ABŞ-nin vitse-prezidenti Ceyms Vens Ukraynadan Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumu (CPC) ilə əlaqəli obyektlərə PUA zərbələrini dayandırmağı istəyib. Bu məsələni o, Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında qaldırıb. Bu barədə “Financial Times” məlumat yayıb. Qəzetin məlumatına görə, Vensin bu tələbi iyulun 31-də səsləndirilib və bundan sonra Kiyev Rusiya limanından istifadə edən, lakin Rusiya şirkətlərinə məxsus olmayan gəmilərə zərbələri dayandırmağa razılaşıb. ABŞ administrasiyası hesab edir ki, bu hücumlar qlobal neft bazarında sabitliyi poza və ABŞ şirkətlərinin maraqlarına zərər vura bilər. CPC vasitəsilə əsasən Qazaxıstan nefti daşınır və konsorsiumda “Chevron” və “ExxonMobil” kimi ABŞ şirkətlərinin də böyük payları var. “Financial...
Dünya

Məhkəmə Bəşər Əsədə ölüm hökmü çıxarıb

11 Avqust 2026

sosial media

Suriya məhkəməsi ölkənin sabiq prezidenti Bəşər Əsəd ölüm cəzasına məhkum edib. Bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb. Məlumata görə, Əsəd, onun əmisi oğlu, keçmiş briqada generalı Atif Nəcib və daha yeddi nəfər Suriya xalqına qarşı hərbi cinayətlər, qətllər, işgəncələr və insanlığa qarşı cinayətlər törətməkdə təqsirli biliniblər. İttihamlar 2011-ci ildə Dəraa vilayətində siyasi dəyişikliklər və azadlıq tələbi ilə keçirilən dinc etiraz aksiyalarının amansız şəkildə yatırılması ilə bağlıdır. Bildirilir ki, Bəşər Əsəd rejimi etirazlara kütləvi həbslər və zorakılıqla cavab verib.  Bu isə sonradan yüz minlərlə insanın həyatına son qoyan və ölkənin böyük hissəsini dağıntılara çevirən vətəndaş müharibəsinə səbəb olub....

Seçilmiş Videolar

Toplum TV loqo