Dünya

Paşinyan: "Ermənistan tezliklə Aİ üzvlüyünə müraciətə başlayacaq"

24 Avqust, 2026
21

sosial media

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı ümumxalq referendumunun keçiriləcəyinə əmin olduğunu bildirib.

Paşinyan bunu Milli Assambleyadakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əsas məsələ referendumun nə vaxt keçirilməsidir. Baş nazir vurğulayıb ki, vaxt məsələsi yalnız təşkilati deyil, həm də mahiyyət baxımından əhəmiyyət daşıyır.
“Ermənistan ilk növbədə Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət təqdim etməlidir. Ola bilsin ki, tezliklə Aİİ-dəki tərəfdaşlarımızın çağırışlarını nəzərə alaraq bu prosesə başlayaq”, - Paşinyan deyib.

O qeyd edib ki, referendum Ermənistan Aİ-yə üzvlük üçün rəsmi müraciət etdikdən, bu müraciətə cavab aldıqdan və üzvlük prosesi ilə bağlı yol xəritəsi əldə etdikdən sonra keçiriləcək.

Paşinyan həmçinin Rusiyanın Ermənistan mallarına tətbiq etdiyi məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirib.

Baş nazir çıxışı zamanı Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinə də toxunub.

O bildirib ki, Ermənistan yaxın beş ildə KTMT çərçivəsində fəaliyyətini gücləndirmək niyyətində deyil. Baş nazirin sözlərinə görə, təşkilat Ermənistanı üzvlükdən çıxarmaq qərarına gəlsə, bundan məmnun olar.

Paşinyan bunu Ermənistanın KTMT-dən çıxıb-çıxmamaqla bağlı qərar vermək zərurətindən azad olması ilə izah edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp xaricdən gətirilən dronlara 100 faizə qədər rüsum tətbiq edib

14 Avqust 2026

sosial media

ABŞ prezident Donald Tramp pilotsuz uçuş aparatları (PUA) və onların komponentlərinin idxalına yeni gömrük rüsumları tətbiq ediləcəyini açıqlayıb. Administrasiya bu addımı ABŞ-nin dron təchizatında xarici istehsalçılardan həddindən artıq asılı olması ilə əsaslandırır. Ağ Evin yaydığı məlumata görə, Tramp bununla bağlı fərman imzalayıb.  Fərmana əsasən, milli təhlükəsizlik baxımından həssas hesab olunan, müəyyən texniki göstəricilərə malik dronlara 100 faizlik advalor (gömrük dəyərinə mütənasib) rüsum, daha kiçik dronlara isə 25 faizlik gömrük rüsumu tətbiq ediləcək. Bundan əlavə, Avropa İttifaqı, Yaponiya, Lixtenşteyn, Cənubi Koreya, İsveçrə və Tayvandan idxal olunan dronlar və onların komponentləri üçün 15 faiz, Böyük Britaniyadan gətirilən pilotsuz uçuş aparatları üçün isə...
Dünya

Vensin istəyindən sonra Zelenski bəzi neft tankerlərinə PUA zərbələrini dayandırıb

12 Avqust 2026

president.gov.ua

ABŞ-nin vitse-prezidenti Ceyms Vens Ukraynadan Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumu (CPC) ilə əlaqəli obyektlərə PUA zərbələrini dayandırmağı istəyib. Bu məsələni o, Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında qaldırıb. Bu barədə “Financial Times” məlumat yayıb. Qəzetin məlumatına görə, Vensin bu tələbi iyulun 31-də səsləndirilib və bundan sonra Kiyev Rusiya limanından istifadə edən, lakin Rusiya şirkətlərinə məxsus olmayan gəmilərə zərbələri dayandırmağa razılaşıb. ABŞ administrasiyası hesab edir ki, bu hücumlar qlobal neft bazarında sabitliyi poza və ABŞ şirkətlərinin maraqlarına zərər vura bilər. CPC vasitəsilə əsasən Qazaxıstan nefti daşınır və konsorsiumda “Chevron” və “ExxonMobil” kimi ABŞ şirkətlərinin də böyük payları var. “Financial...

Seçilmiş Videolar

Toplum TV loqo