Dünya

ABŞ Trampın əks olunduğu 250 dollarlıq əskinas çap etməyə hazırlaşır 

29 May, 2026
59

narod-novosti.com

ABŞ hökuməti prezident Donald Trampın əks olunduğu 250 dollarlıq əskinaslar çap etməyə hazırlaşır. 

Bu barədə ABŞ-nin maliyyə naziri Skot Besent mayın 28-də Ağ Evdə jurnalistlərə məlumat verib. 

Onun sözlərinə görə, hazırki qanunvericilik hökumətə milli valyutanın üzərində sağ insanların şəklini əks etdirməyə icazə vermir, buna görə də Konqres və Senat buna icazə verəcək qanun layihəsi hazırlayıb. 

"Bu, qanunun qəbul olunmasından asılıdır. Amma biz buna artıq hazırlaşmışıq", - o əlavə edib. 

CNN jurnalisti Keytlin Kollins isə Bessentdən "amerikalıların benzin və ərzaq almağa çətinlik çəkdiyi vaxt bunu etməyin yaxşı ideya olub-olmadığını" soruşub. 

"Sizcə ümumiyyətlə 250 illiyimizi qeyd etməliyikmi? Bu da vətəndaşların, federal və lokal hökumətlərin hesabına baş tutur. Ona görə məncə ölkənin 250 illiyində prezident olan şəxsin üzünün 250 dollarlıq əskinasda əks olunmasında problem görmürəm", - o cavab verib. 

Bu il ABŞ-nin 250 illiyi münasibətilə Trampın şəkli bir sıra rəsmi sənədlərdə əks olunmağa başlayıb.

Bu yaydan etibarən Trampın şəklinin əks olunduğu məhdud sayda pasportlar istifadəyə buraxılacaq. 

ABŞ-də milli parklara nəzarət edən Daxili İşlər Nazirliyi ötən il elan etmişdi ki, parklara giriş biletləri üçün “xatirə xarakterli yeni dizaynlar” təqdim olunur. Bu dizaynlardan birində Donald Trampın üzü ölkənin qurucularından olan Corc Vaşinqton ilə yanaşı təsvir edilib.

Bu ilin martında Trampın özü tərəfindən seçilmiş İncəsənət Komissiyası ABŞ-nin 250 illiyi münasibətilə prezidentin təsvirinin yer aldığı xatirə sikkəsini təsdiqləyib. 

Ötən il isə Trampın adı həm Kennedi İncəsənət Mərkəzinə, həm də ABŞ Sülh İnstitutuna verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

“Reuters”: İrandakı müharibədən sonra ABŞ ardıcıl üçüncü aydır neft ixracında liderdir

12 İyun 2026

Açıq mənbə

Səudiyyə Ərəbistanı neftinin ixrac edildiyi Hörmüz boğazının bağlanması və Rusiya neftinə tətbiq edilən sanksiyalar fonunda ABŞ artıq üçüncü aydır ki, dünyada neft məhsulları ixracında lider mövqeyini qoruyub saxlayır. Bu barədə ”Reuters” agentliyi “Vortexa” gəmi izləmə xidmətinin məlumatlarına istinadla yazır. Məlumata əsasən, ABŞ-nin neft və yanacaq ixracı may ayında gündəlik təxminən 10,5 milyon barrelə yüksəlib. Artım yüksək hasilat və ölkənin strateji neft ehtiyatlarının bazara çıxarılması hesabına baş verib. Eyni dövrdə Rusiyanın ixracı 7 milyon barrel, Səudiyyə Ərəbistanının ixracı isə 5,9 milyon barrel təşkil edib. “Vortexa”-nın 2025-ci il üzrə göstəricilərinə əsasən, həmin il ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı olub və gündəlik...
Dünya

Putin "Rusiyanın maraqlarına zidd" hərəkətlər üçün ölkədən gedənlərin əmlakının müsadirəsinə icazə verdi

11 İyun 2026

ria.ru

Rusiya prezidenti Vladimir Putin “ölkənin maraqlarına qarşı fəaliyyətə” görə ölkəni tərk etmiş rusların  əmlakının müsadirə olunmasına (həbs qoyulmasına) icazə verən qanunu imzalayıb. Qanun sentyabrın 1-dən qüvvəyə minəcək. Bu təşəbbüs xaricdə yaşayan Rusiya vətəndaşlarının inzibati məsuliyyətə cəlb oluna biləcəyi İnzibati Xətalar Məcəlləsinin maddələrinin siyahısını genişləndirir. Bu maddələrə “xarici agent” fəaliyyət qaydalarının pozulması, kütləvi informasiya vasitələrinin azadlığından sui-istifadə, terrorçu və ya ekstremist fəaliyyətə çağırışlar, hakimiyyətə və cəmiyyətə hörmətsizlik, həmçinin nifrətin qızışdırılması daxildir. Siyahıya həmçinin Rusiyanın ərazi bütövlüyünün pozulmasına və sanksiyaların tətbiqinə çağırışlar, Rusiya ordusunun “nüfuzdan salınması” və “nasizmin bəraətləndirilməsi” ilə bağlı maddələr də daxil edilib. Bu maddələr üzrə məsuliyyətə cəlb ediləcək şəxslər...

Seçilmiş Videolar

Toplum TV loqo