Siyasət

Aİ səfiri: “Azərbaycan Avropa İttifaqının mühüm enerji təchizatçılarından biridir”

21 Oktyabr, 2026
43

president.az

“Avropa İttifaqı ilə Azərbaycan arasında yeni, hərtərəfli saziş üzrə rəsmi danışıqların bərpa olunması xüsusi aktuallıq kəsb edir”.

APA yazır ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda deyib.

Onun sözlərinə görə, artıq Bakıda və Brüsseldə danışıqların iki konstruktiv mərhələsi keçirilib və proses davam edir.
Səfir bildirib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır.

“Azərbaycan xüsusən Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqının mühüm enerji təchizatçılarından biridir”, - Aİ səfiri qeyd edib.

Diplomat vurğulayıb ki, tərəfdaşlıq bərpaolunan enerji, külək enerjisi və “yaşıl keçid” kimi sahələri də əhatə etməklə getdikcə genişlənir.
“Azərbaycan Avropa ilə Asiya arasında ticarət, logistika və əlaqəliliyin gücləndirilməsi baxımından böyük potensiala malik olan Transxəzər Nəqliyyat Dəhlizinin inkişafında da mühüm rol oynaya bilər. Bu kontekstdə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin 2026-cı il iyulun 1-2-də Bakıya etdiyi rəsmi səfər də xüsusi qeyd edilməlidir. Həmin səfər zamanı o, Cənubi Qafqaz boyunca infrastruktur layihələrinə dövlət və özəl sektor tərəfindən 2 milyardadək investisiyanın səfərbər edilməsini nəzərdə tutan “Global Gateway” investisiya paketini elan etdi. Bu paketin əsas istiqamətlərindən biri strateji nəqliyyat və əlaqəlilik infrastrukturunun dəstəklənməsidir. Buraya Naxçıvan dəmir yolu şəbəkəsinin modernləşdirilməsi və Bakı limanının genişləndirilməsi də daxildir”, - Kuyundziç əlavə edib.

Mariyana Kuyundziç onu da qeyd edib ki, bərpaolunan enerji kimi strateji sahə üzrə Avropa özəl investisiyalarının Azərbaycana cəlb edilməsini asanlaşdırmaq üçün çalışırlar.

O xatırladıb ki, bu ayın əvvəlində Avropa Komissiyası Brüsseldə Avropa biznes assosiasiyalarının iştirakı ilə Aİ-Azərbaycan Təmiz Enerji üzrə Biznes Dəyirmi Masasını uğurla təşkil edib.

Bununla yanaşı, beynəlxalq insan hüquqları təşkilatları Aİ-nin Azərbaycanla enerji əməkdaşlığını genişləndirərkən insan hüquqları sahəsindəki pozuntulara yetərli reaksiya vermədiyini tənqid edirlər. 

“Amnesty International” bildirib ki, Aİ Rusiyadan enerji asılılığını azaltmağa çalışdığı dövrdə Azərbaycanın insan hüquqları sahəsindəki zəif göstəricilərinə baxmayaraq, Bakı ilə enerji əməkdaşlığını dərinləşdirib. “Human Rights Watch” isə Aİ-ni Azərbaycanla daha sıx iqtisadi və siyasi münasibətləri insan hüquqları sahəsində irəliləyiş şərtlərinə bağlamağa çağırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr 2026

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir. Vəkil bu barədə sosial media hesabında məlumat yayıb. Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var. Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir. Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş...

Seçilmiş Videolar

Toplum TV loqo