Siyasət

Prokuror İmran Əliyevin 12, Elgiz Qəhrəmanın 11 il azadlıqdan məhrum edilməsini istəyib

21 Oktyabr, 2026
36

sosial media

Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı “Meclis.info işi” üzrə təqsirləndirilən şəxslərə ümumilikdə 20 ildən artıq həbs cəzası istəyib.

“Abzas Media”nın məlumatına əsasən, prokuror “Meclis.info" saytının rəhbəri İmran Əliyevin 12 il, ictimai fəal Elgiz Qəhrəmanın isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə iş materialları araşdırıldıqdan sonra dövlət ittihamçısı Elvin Mirzəyev təqsirləndirilən şəxslər üçün tələb olunan cəzaları açıqlayıb.

Çıxış zamanı təqsirləndirilənlərdən Tamella Musayevanın səhhəti pisləşib. Bu səbəbdən Elvin Mirzəyev çıxışını dayandırmalı olub.

İş üzrə növbəti məhkəmə iclası noyabrın 3-də keçiriləcək. Həmin iclasda dövlət ittihamçısının çıxışını başa çatdıracağı, daha sonra isə təqsirləndirilən şəxslərin son sözünü deyəcəyi gözlənilir.

İmran Əliyev 2024-cü il aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb, sonradan bu siyahı 8 maddəyə qədər genişləndirilib.

İctimai fəal Elgiz Qəhrəman və Tamella Musayeva da eyni iş üzrə təqsirləndirilən şəxs qismində ötən ilin fevral ayında cinayət məsuliyyətinə cəlb olunublar. Onlar barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Hazırda hər üç şəxs 12 ilədək həbs cəzası nəzərdə tutan 8 ağır maddə ilə ittiham olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr 2026

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir. Vəkil bu barədə sosial media hesabında məlumat yayıb. Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var. Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir. Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş...

Seçilmiş Videolar

Toplum TV loqo