Siyasət

Hicab qadağasına etiraz olaraq aclığa başlayan jurnalist “kars”a salınıb

20 Oktyabr, 2026
80

sosial media

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza kamerasına (“kars”a) salındığı bildirilir.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova sosial media hesabında məlumat yayıb.

O, paylaşımından bir qədər əvvəl “Abzas Media”ya müsahibəsində həyat yoldaşının harada 
saxlanılması və səhhəti ilə bağlı ziddiyyətli məlumatlar aldığını demişdi.

Gülmirə Aslanovanın sözlərinə görə, oktyabrın 20-də Müalicə Müəssisəsindən ona zəng edərək Polad Aslanovun orada olduğunu bildiriblər. Lakin 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəisi jurnalistin həmin müəssisədə cəza kamerasında saxlanıldığını deyib.

Aslanova oktyabrın 12-dən həyat yoldaşı ilə əlaqə saxlaya bilmədiyini, onun səhhəti və aclıq aksiyasını davam etdirib-etdirmədiyi barədə məlumatının olmadığını bildirib.

Onun sözlərinə görə, oktyabrın 18-də cəzaçəkmə müəssisəsinə gedərək həyat yoldaşı ilə telefon danışığının bərpa olunmasını istəyib. Bu zaman ona jurnalistin aclıq aksiyası keçirdiyinə görə cəza kamerasına salındığı və telefon danışığına qadağa qoyulduğu bildirilib.

Oktyabrın 19-da isə Aslanova Ombudsman Aparatı və Penitensiar Xidmətlə əlaqə saxlayıb. O, Ombudsman Aparatından Milli Preventiv Qrupun həkimlərinin jurnalistə baş çəkməsini və səhhətini yoxlamasını xahiş edib.

Polad Aslanov oktyabrın 8-də dövlət məktəblərində hicabla bağlı tətbiq edilən qadağalara etiraz olaraq aclıq aksiyasına başlayıb. Daha sonra Ədliyyə Nazirliyinin əməkdaşı ilə görüşdən sonra aksiyanı dayandırıb, həyat yoldaşı ilə telefon danışığından sonra isə yenidən aclıq aksiyasına başladığı bildirilib.

Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü - dövlətə xəyanət maddəsi ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.
Jurnalist ittihamı qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr 2026

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir. Vəkil bu barədə sosial media hesabında məlumat yayıb. Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var. Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir. Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş...

Seçilmiş Videolar

Toplum TV loqo