Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr, 2026
40

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir.
Vəkil bu barədə sosial media hesabında məlumat yayıb.

Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var.

Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir.

Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş və böyrək xəstəliyindən, tez-tez yüksələn təzyiqdən əziyyət çəkir. Şəmşad Ağanın mədə, Ələsgər Məmmədlinin şiş, Ruslan İzzətlinin öd, Fərid İsmayılovun ağciyər və ürək, Ülvi Həsənlinin isə ürək xəstəliyi olduğu bildirilir.

Sadıqova Bəhruz Səmədovun dəri ekzeması və psixoloji problemlərinin olduğunu da qeyd edib.

Vəkil Ədliyyə Nazirliyinin məlumatına istinadla yazıb ki, 2026-cı ilin yanvar-iyun aylarında penitensiar müəssisələrdə 64 ölüm halı qeydə alınıb. Onun sözlərinə görə, 2025-ci ildə isə müəssisələrdə 153 nəfər ölüb.

Sadıqova ölüm halları ilə bağlı daha ətraflı məlumatın açıqlanmasına çağırıb. O, saxlanılanların hansı xəstəliklərdən əziyyət çəkdiyi, ölüm hallarının hansı müəssisələrdə baş verdiyi, eləcə də məhbusların nə dərəcədə müntəzəm tibbi müayinədən keçirildiyi barədə sualların cavablandırılmalı olduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Azərbaycan Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib

21 Oktyabr 2026

Azərtac

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib. Nazirlik bu barədə oktyabrın 21-də məlumat yayıb. Açıqlamada deyilir ki, həmin şəxslər müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə “Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş” açıqlamalar yaydıqlarına görə siyahıya salınıblar. Nazirlik onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulduğunu bildirib. Siyahıda İyison Medya şirkətinin və “Gazeteciabi” layihəsinin rəhbəri Ahmet Barış İyison, blogerlər Cem Özyurt və Cüneyt Sezer, jurnalistlər Akın Duru, Dursun Eker, Adem Özköse, Hakkı Eren, Okan Aytaş, Mert Armağan, Ahmet Sırrı...

Seçilmiş Videolar

Toplum TV loqo