The White House
ABŞ və İran arasında münaqişəni bitirmək üçün anlaşma memorandumu imzalanıb.
Sənəd iyunun 17-də ayrı-ayrılıqda ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian tərəfindən imzalanıb.
Sənədin mətnini ABŞ rəsmilərindən biri media üçün oxuyub. 14 bənddən ibarət olan razılaşmada tərəflər növbəti 60 gün ərzində yekun sülh sazişinin imzalanması üçün danışıqları davam etdirməklə bağlı öhdəlik götürüblər.
Memorandumun ilk bəndində ABŞ, İran və onların müttəfiqləri Livan da daxil olmaqla "bütün cəbhələrdə hərbi əməliyyatlara son qoymağa" razılaşıb.
Digər bənddə ABŞ növbəti bir ay ərzində İrana qarşı dəniz blokadasını aradan qaldırmaqla bağlı öhdəlik götürüb. İran isə iki ay ərzində Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə şərait yaratmağa söz verib. Lakin İran və Omanın öz aralarında boğazın gələcək idarəetməsi üçün danışıqlar aparacağı da sənəddə qeyd olunur.
Sənədin 6-cı bəndində ABŞ regional tərəfdaşları ilə birlikdə İranın "yenidənqurma və iqtisadi inkişafı üçün 300 milyard ABŞ dolları dəyərində plan hazırlayacağı" barədə öhdəlik götürüb. Sənəddə bu vəsaitin necə maliyyələşdiriləcəyi izah edilməyib. Lakin ötən gün "Reuters" agentliyi bu fondun müxtəlif şirkətlər tərəfindən sərmayə əsasında təsis olunacağını yazmışdı.
Növbəti bənddə ABŞ İrana qarşı bütün növ sanksiyaların ləğvi ilə bağlı öhdəlik götürüb. Buraya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının xətti ilə icra olunan sanksiyalar da daxildir.
8-ci bənddə İran nüvə silahı əldə etməyəcəyinə söz verir. Tərəflər İranın əlində olan zənginləşdirilmiş uranın taleyi ilə bağlı birgə qərar verməyə razılaşıblar. İranın mülki məqsədlərlə icra etdiyi nüvə proqramını isə saxlayacağı qeyd olunur.
Fevralın 28-də ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirməyə başlamışdı. Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunsa da, münaqişə başa çatmış hesab olunmurdu.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
"Reuters": 'ABŞ-İran razılaşmasında İrana 300 milyardlıq sərmayə nəzərdə tutulub'
Reuters
Sosial media
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Ülvi Həsənlinin həyat yoldaşı: “Aprel və mayda mənzilimə naməlum şəxslər daxil olub”