Foto: açıq mənbə
Brüsseldə səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 14-də Avropa Şurasının Prezidenti Antonio Kosta və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşüb.
Tərəflər görüşdən sonra yaydıqları birgə bəyanatda Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında “böyüməkdə olan tərəfdaşlığı bir daha vurğulamaq və irəli aparmağa” sadiq qaldıqlarını bildiriblər.
“Prezident Kosta və Prezident von der Leyen Ermənistanın iddialı islahat gündəmini alqışladılar və ölkənin suverenliyinə, ərazi bütövlüyünə və demokratik islahatlarına dəstəklərini ifadə etdilər”, - bəyanatda deyilir.
Bəyanata əsasən, Aİ-nin Ermənistana investisiyalarının həcminin 2,5 milyard avroya çatacağı gözlənilir.
“2024-cü ilin aprelində elan edilmiş 270 milyon avroluq “Dayanıqlılıq və İnkişaf Planı” Aİ-nin Ermənistana ayırdığı maliyyəni 50% artırdı. 200 milyon avro qrant yardımı və investisiyaları cəlb etmək üçün 70 milyon avro qrant maliyyəsi ilə bu plan Ermənistanın sosial-iqtisadi islahat gündəmini, sahəvi əməkdaşlığın dərinləşməsini, eləcə də enerji, nəqliyyat və özəl sektora yatırımları dəstəkləməyə davam edir”, - deyə əlavə olunub.
Bəyanatda, həmçinin, Ermənistanın Azərbaycanla sülh razılaşması imzalamaq üçün və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün apardığı danışıqlar təqdir olunub.
Bundan əlavə, Aİ-nin Ermənistanın “informasiya ekosisteminə dəstək olmaq üçün” bu ölkənin müstəqil mediasına 1,5 milyon avro ayırdığı bildirilir.
Bu ilin martında Ermənistan parlamenti ölkənin Aİ üzvlüyünə qəbul olunması prosesinin başlanması haqqında qanun qəbul edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Tixanovskayanın Birləşmiş Keçid Nazirlər Kabineti “terrorçu” təşkilat kimi tanınıb
Foto: AFP/ Getty Images
Foto/kollaj: Toplum TV