Foto: Reuters
Dünyada aclığın monitorinqini aparan beynəlxalq sistem avqustun 22-də Qəzza zolağında aclığın başladığını elan edib.
Dünyada qida təhlükəsizliyini mərhələli şəkildə təsnif edən “IPC№” sistemi bildirib ki, zolağın əhalisinin təxminən dörddə biri - 514 min nəfər - aclıq yaşayır və bu gedişlə bu rəqəm sentyabrın sonuna qədər 641 minə qədər yüksələcək.
Bu, “IPC”-nin zolaqdakı vəziyyətlə bağlı ilk bu cür qiymətləndirməsidir.
Aclıqdan əziyyət çəkən əhalinin təxminən 280 min nəfəri Qəzza şəhəri də daxil olmaqla zolağın şimal bölgəsində yaşayır. Qalanlarının isə mərkəzdəki Deyr əl-Bələh və cənubdakı Xan Yunis şəhərlərində yaşadığı bildirilir.
İsrail isə hesabatı “yalan və qərəzli” adlandırıb və zolağa nəzarət edən HƏMAS qruplaşmasından “qaynaqlanan natamam məlumatlara” əsaslandığını bildirib.
“IPC” kriteriyalarına əsasən, bir bölgənin aclıq vəziyyətində təsnif olunması üçün əhalinin ən az 20%-i kəskin ərzaq çatışmazlığından əziyyət çəkməli, hər üç uşaqdan biri ağır qida çatışmazlığı ilə üzləşməli və hər 10 min nəfərə gündə ən azı iki nəfər aclıqdan və ya qida çatışmazlığından ölməlidir.
2023-cü ilin oktyabrından İsrailin Qəzzanı bombalaması ilə başlayan müharibə nəticəsində zolaq blokada şəraitindədir və məhdud miqdarda ərzaq daxil olur.
Qəzzanın səhiyyə rəsmilərinin məlumatına görə, o vaxtdan zolaqda ən az 271 nəfər aclıqdan ölüb ki, bunların 112-si uşaqlardır.
Ümumilikdə isə, İsrail hücumları nəticəsində Qəzzada 60,000-dən çox insan ölüb və onların 18,000-dən çoxu uşaqlardır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto:AP
Foto: Robin Grassi/RSF
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?