Siyasət

Məktəblinin ölümündən sonra jurnalistlərlə baş verən insidentə görə cinayət işi başlanıb

29 Oktyabr, 2026
30

sosial media

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə çəkiliş aparan “Real TV” əməkdaşlarına qarşı zorakılıq iddiaları ilə bağlı cinayət işi başlanıb.
Yerli medianın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisədə iştirak etdiyi deyilən üç nəfərin şəxsiyyəti müəyyənləşdirilib və onlar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunublar.

Media orqanının yaydığı məlumata əsasən, çəkiliş qrupu məktəb həyətində bir qrup şəxsin fiziki hücumuna məruz qalıb. Operatorun və stajorun müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib ki, hadisənin şahidi olan məktəb kollektivi üzvlərinin, şagird və valideynlərin iştirakı ilə araşdırma aparılacaq, nəticəyə uyğun tədbirlər görüləcək.
BŞTİ eyni zamanda uşaqların anonimliyinin, psixoloji təhlükəsizliyinin və mənafelərinin qorunmasının vacibliyini vurğulayıb. Qurum şagirdlərlə müsahibə aparılmasının və onların emosional vəziyyətinə mənfi təsir göstərə biləcək davranışların yolverilməz olduğunu qeyd edib.

İnsident oktyabrın 28-də həmin məktəbin VII sinif şagirdinin binanın dördüncü mərtəbəsindən yıxılaraq həyatını itirməsindən sonra baş verib. BŞTİ-nin məlumatına görə, məktəb rəhbərliyi təcili tibbi yardım çağırsa da, şagirdin həyatını xilas etmək mümkün olmayıb.

Yerli mətbuatda hadisənin şagirdin sinif yoldaşlarının fiziki tərbiyə dərsində olduğu vaxt baş verdiyi, həmçinin intihar ehtimalı ilə bağlı məlumatlar yayılıb. Lakin rəsmi qurumlar bu ehtimalı təsdiqləməyib.

Məktəb daha əvvəl də ictimai müzakirələrin mövzusu olub. 2023-cü ildə “Minority Azerbaijan” platforması 225 nömrəli məktəbdə təhsil alan bir şagirdin bullinq, ayrı-seçkilik və təhdidlərlə üzləşdiyi barədə açıqlamasını yayımlamışdı. Məktəb rəhbərliyi həmin vaxt məsələdən xəbərdar olduğunu, qarşısının alınması üçün iş apardığını bildirmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Hüquq müdafiəçisi: “Şahid qismində dindirilən polis Dəyanət Çələbini prokurorun ‘israrından’ sonra tanıdı”

29 Oktyabr 2026

sosial media

Həbsdə olan müəllim və hökumət tənqidçisi Dəyanət Çələbinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda polis əməkdaşı şahid qismində dindirilib. Hüquq müdafiəçisi Zəfər Əhmədovun “Toplum TV”yə verdiyi məlumata görə, polis əməkdaşı ifadəsində hadisə yerinə çatanda bir nəfərin yerdə uzandığını və yaxınlıqda bıçaq gördüyünü deyib. “Prokuror ondan məhkəmə zalında təqsirləndirilən şəxsi tanıyıb-tanımadığını soruşduqda, polis əməkdaşı “yox, burada yoxdur” cavabını verdi. Prokuror “yaxşı bax, necə yəni burada yoxdur?” dedi. Nəhayət, prokurorun işarəsindən sonra baxdı və Dəyanət Çələbini göstərdi. Polis əməkdaşı bildirdi ki, onu sadəcə “akvariumda” axtarırdı, sən demə, D.Çələbi vəkillərin...
Siyasət

İlham Əliyev Ankaradakı zirvə görüşündə iştirak etməyəcək

29 Oktyabr 2026

president.az

Azərbaycan prezidenti İlham Əliyev Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşündə iştirak etməyəcək. Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. “Report”un məlumatına görə, dövlət başçısının oktyabrın 30-da Bakıda əvvəlcədən planlaşdırılmış tədbirdə iştirakı səbəbindən Türkiyəyə səfəri baş tutmayacaq. İlham Əliyevin həmin gün Bakıda keçiriləcək FİFA U-15 Dünya Çempionatı və Festivalının finalından sonra təşkil olunacaq mükafatlandırma mərasimində iştirakı nəzərdə tutulur. Prezidentin tapşırığı ilə Ceyhun Bayramov zirvə görüşündə, eləcə də onun çərçivəsində keçiriləcək digər tədbirlərdə Azərbaycan nümayəndə heyətinə başçılıq edəcək. TDT-nin 13-cü Zirvə Görüşü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçiriləcək. Ərdoğan oktyabrın 21-də Əliyevə zəng edərək...

Seçilmiş Videolar

Toplum TV loqo