Siyasət

Hüquq müdafiəçisi: “Şahid qismində dindirilən polis Dəyanət Çələbini prokurorun ‘israrından’ sonra tanıdı”

29 Oktyabr, 2026
41

sosial media

Həbsdə olan müəllim və hökumət tənqidçisi Dəyanət Çələbinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda polis əməkdaşı şahid qismində dindirilib.

Hüquq müdafiəçisi Zəfər Əhmədovun “Toplum TV”yə verdiyi məlumata görə, polis əməkdaşı ifadəsində hadisə yerinə çatanda bir nəfərin yerdə uzandığını və yaxınlıqda bıçaq gördüyünü deyib.

“Prokuror ondan məhkəmə zalında təqsirləndirilən şəxsi tanıyıb-tanımadığını soruşduqda, polis əməkdaşı “yox, burada yoxdur” cavabını verdi. Prokuror “yaxşı bax, necə yəni burada yoxdur?” dedi. Nəhayət, prokurorun işarəsindən sonra baxdı və Dəyanət Çələbini göstərdi. Polis əməkdaşı bildirdi ki, onu sadəcə “akvariumda” axtarırdı, sən demə, D.Çələbi vəkillərin yanında oturubmuş, ona görə görməyib”, - Zəfər Əhmədov bildirib.

Dəyanət Çələbi buna etiraz edərək, həmin polis əməkdaşının nə hadisə yerində, nə də onu aparan polis əməkdaşları arasında olduğunu deyib.

Şahid isə hadisə yerində olduğunu, hətta polis avtomobilində təqsirləndirilən şəxsə sual verdiyini iddia edib.

İclasda müdafiə tərəfi bir neçə vəsatət qaldırıb. Məhkəmədən mobil operatorların anten məlumatlarının araşdırılması, zərərçəkmiş şəxsin xəstəxanada aldığı müalicə və keçirdiyi əməliyyatlar barədə məlumatların əldə olunması, eləcə də hadisə yerindəki müşahidə kameralarının görüntülərinə baxılması istənilib.
Müdafiə tərəfi istintaq zamanı hadisə yerini, o cümlədən ofislərin və “OBA” marketin qarşısını əhatə edən müşahidə kameralarının görüntülərinin araşdırılmadığını bildirib.

Prokuror vəsatətlərə etiraz edib. O, xəstəxana ilə bağlı sənədlərin mövcud olduğunu, kamera görüntülərinin isə uzun müddət saxlanılmadığını əsas gətirərək əlavə araşdırmaya ehtiyac olmadığını deyib.
Məhkəmə vəsatətlərə sənədlərin araşdırılmasından sonra baxılmasına qərar verib.
Növbəti məhkəmə iclası noyabrın 19-u saat 16:30-a təyin edilib.

Sosial şəbəkələrdə Azərbaycan hökumətini tənqid etməsi ilə tanınan Dəyanət Çələbi ötən il dekabrın 22-də həbs olunub.
O, həbsindən bir gün əvvəl “Facebook” hesabında bu statusu paylaşmışdı:
“Əliyevin ailə hakimiyyəti ölkəni gücləndirmədi, ölkəni zəiflətdi. Dövlət şəxsləşdirildi, xalq kənarlaşdırıldı, gələcək ipoteka altına qoyuldu”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İlham Əliyev Ankaradakı zirvə görüşündə iştirak etməyəcək

29 Oktyabr 2026

president.az

Azərbaycan prezidenti İlham Əliyev Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşündə iştirak etməyəcək. Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. “Report”un məlumatına görə, dövlət başçısının oktyabrın 30-da Bakıda əvvəlcədən planlaşdırılmış tədbirdə iştirakı səbəbindən Türkiyəyə səfəri baş tutmayacaq. İlham Əliyevin həmin gün Bakıda keçiriləcək FİFA U-15 Dünya Çempionatı və Festivalının finalından sonra təşkil olunacaq mükafatlandırma mərasimində iştirakı nəzərdə tutulur. Prezidentin tapşırığı ilə Ceyhun Bayramov zirvə görüşündə, eləcə də onun çərçivəsində keçiriləcək digər tədbirlərdə Azərbaycan nümayəndə heyətinə başçılıq edəcək. TDT-nin 13-cü Zirvə Görüşü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçiriləcək. Ərdoğan oktyabrın 21-də Əliyevə zəng edərək...
Siyasət

Məktəblinin ölümündən sonra jurnalistlərlə baş verən insidentə görə cinayət işi başlanıb

29 Oktyabr 2026

sosial media

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə çəkiliş aparan “Real TV” əməkdaşlarına qarşı zorakılıq iddiaları ilə bağlı cinayət işi başlanıb. Yerli medianın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisədə iştirak etdiyi deyilən üç nəfərin şəxsiyyəti müəyyənləşdirilib və onlar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunublar. Media orqanının yaydığı məlumata əsasən, çəkiliş qrupu məktəb həyətində bir qrup şəxsin fiziki hücumuna məruz qalıb. Operatorun və stajorun müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib ki, hadisənin şahidi olan məktəb kollektivi üzvlərinin, şagird və valideynlərin iştirakı ilə araşdırma aparılacaq, nəticəyə uyğun tədbirlər görüləcək....

Seçilmiş Videolar

Toplum TV loqo