Dünya

Dnepr şəhərində dəmir yolu vağzalına dron hücumu: azı 14 nəfər ölüb

29 Oktyabr, 2026
26

BBC

Ukraynanın Dnepr şəhərindəki əsas dəmir yolu vağzalına Rusiyanın dron hücumu nəticəsində azı 14 nəfər həlak olub, 10 nəfər yaralanıb.

"Reuters" xəbər verir ki, reaktiv dron sərnişinlərin Zaporojye şəhərinə yola düşən qatara minmək üçün toplandığı platformanı vurub.

Dnepr şəhərinin meri Boris Filatov “Telegram” kanalında hücum nəticəsində çox sayda insanın öldüyünü və yaralandığını bildirib. 
Ukraynanın dövlət dəmir yolu şirkəti “Ukrzaliznıtsya” isə təhlükənin artması barədə xəbərdarlığa baxmayaraq, platformada sərnişinlərin olduğunu və hadisə yerində xilasetmə qruplarının işlədiyini açıqlayıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, oktyabrın 29-da yerli vaxtla saat 11:00 radələrində Dnepr istiqamətində Rusiyaya məxsus dörd reaktiv dron hücum edib. 

“Kyiv Independent” nəşrinin Hərbi Hava Qüvvələrinə istinadən yaydığı məlumata görə, dronlardan üçü hədəflərinə çatmamış Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İspaniyada sürət qatarları toqquşub, azı 40 nəfər həlak olub

28 Oktyabr 2026

sosial media

Oktyabrın 28-də İspaniyanın mərkəzində iki sürət qatarının toqquşması nəticəsində azı 40 nəfər həlak olub.  “Reuters” agentliyinin yaydığı məlumata görə, qəza Toledo əyalətində, Urda yaxınlığında Madrid–Sevilya yüksək sürətli dəmir yolu xəttində baş verib. İlkin məlumatlara əsasən, Renfe dövlət dəmir yolu şirkətinə məxsus qatar dayanmış digər qatarın arxasına çırpılıb. Toqquşma nəticəsində iki vaqon relsdən çıxıb. Castilya-La Mança muxtar bölgəsinin rəsmiləri ölənlərin sayının əvvəlcə 10 nəfər olduğunu, daha sonra isə 46-a yüksəldiyini bildiriblər. Qəzanın səbəbi ilə bağlı araşdırma davam edir. Həlak olanların sayının artacağı ehtimal olunur. Hadisədən sonra Madridlə Əndəlüs bölgəsi arasındakı yüksək sürətli dəmir yolu xəttində hərəkət dayandırılıb. Bu il yanvar ayında...
Dünya

Ermənistan parlamenti ABŞ ilə TRIPP sazişini ratifikasiya edib

28 Oktyabr 2026

sosial media

Ermənistan Milli Məclisi ABŞ ilə TRIPP - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu — layihəsi üzrə strateji əməkdaşlığa dair Çərçivə Sazişini ratifikasiya edib. Səsvermədə 63 deputat sənədin lehinə, 32 deputat isə əleyhinə səs verib. Sazişi hakim “Vətəndaş Müqaviləsi” fraksiyası dəstəkləyib. Müxalif “Güclü Ermənistan” və “Ermənistan” fraksiyaları isə sənədin əleyhinə səs veriblər. Sənədi oktyabrın 27-də parlamentdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təqdim edib. O bildirib ki, TRIPP çərçivəsində Ermənistan ərazisində bərpa ediləcək və ya inşa olunacaq bütün infrastruktur ölkənin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası əsasında fəaliyyət göstərəcək. Mirzoyanın sözlərinə görə, layihə regional nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tutur....

Seçilmiş Videolar

Toplum TV loqo