sosial media
Fəaliyyətini dayandıran “Gənc Qazilər” İctimai Birliyinin sədri, İkinci Qarabağ müharibəsi iştirakçısı Hacı Vəliyevin hökmdən verdiyi kassasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, oktyabrın 29-da Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib. Hacı Vəliyevə təyin olunmuş 2 il 6 aylıq həbs cəzası 2 ilə endirilib.
Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinib.
O, ötən il martın 31-də həbs edilib. Vəliyev müharibədə həlak olanların ailələrinin və müharibə iştirakçılarının problemlərini ictimailəşdirməsi, həmçinin məmurları tənqid etməsi ilə tanınırdı.
Həbsindən bir neçə gün əvvəl o, Yasamal rayonunda küçə ticarəti ilə məşğul olan bir qrup qazi ilə polis arasında yaşanan insident barədə paylaşım etmiş, polisin onlara zor tətbiq etdiyini bildirmişdi.
Vəliyev həbsdən ictimaiyyətə ünvanladığı müraciətlərdə ittihamı qəbul etməyib. O, qazilərlə bağlı problemləri və hökumətin onlara münasibətini tənqid etdiyinə görə həbs olunduğunu iddia edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Hüquq müdafiəçisi: “Şahid qismində dindirilən polis Dəyanət Çələbini prokurorun ‘israrından’ sonra tanıdı”
sosial media
president.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar