Almaniyadan Tacikistana deportasiya edilən müxalif fəala 17 il həbs verilib
sosial media
Almaniyadan deportasiya edilən Tacikistan müxalifətçisi Əsədullo Boboyev Tacikistanda 17 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə “Freedom for Eurasia” insan haqları təşkilatı və “Azadlıq Radiosu”nun Tacik xidmətinə istinadəb məlumat yayıb.
Məlumata görə, 54 yaşlı Boboyev bu ilin iyununda Almaniyadan Tacikistana deportasiya olunub. Dövlət ittihamçısı onun 21 il azadlıqdan məhrum edilməsini istəyib.
Boboyev hakimiyyətin zorakı yolla dəyişdirilməsinə, hakimiyyətin ələ keçirilməsinə və ya ölkənin ərazi bütövlüyünün pozulmasına açıq çağırışlar da daxil olmaqla, Cinayət Məcəlləsinin üç maddəsi üzrə təqsirləndirilib.
Əsədullo Boboyev 2017-ci ildə ailəsi ilə birlikdə Tacikistanı tərk edib. O, əvvəlcə Litvaya, daha sonra Almaniyaya gedərək sığınacaq istəyib.
Boboyev Tacikistanda islahatlar və prezident İmoməli Rəhmonun hakimiyyətinin dəyişdirilməsini tələb edən “Tacikistanın İslahatları və İnkişafı” adlı müxalif hərəkatın üzvüdür. O, sosial şəbəkələrdə Tacikistan hökumətini tənqid etməsi ilə tanınır.
Məlumata görə, Boboyev və 19 yaşlı oğlu iyunun 8-də Almaniyanın Kleve dairəsində saxlanılıblar. Onlara iyulun 1-dək ölkədə qalmaq hüquqlarını əsaslandırmaq üçün vaxt verilib.
Müdafiə tərəfinin Tacikistanda təqib riski ilə bağlı təqdim etdiyi materiallara baxmayaraq, Almaniyada məhkəmə ata və oğulun deportasiyası barədə qərar verib.
İyunun 20-də Boboyev həyat yoldaşına zəng edərək, oğlu ilə birlikdə Münhenə aparıldıqlarını və Düşənbəyə gedən təyyarəyə mindiriləcəklərini bildirib.
Tacikistana çatdıqdan sonra təhlükəsizlik qüvvələri onun oğlunu nənəsinin yanına göndərib, Boboyevin özünü isə istintaq təcridxanasına aparıb.
Boboyevin həyat yoldaşı və iki qızına Almaniyada qalmaq üçün icazə verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Dövlət Departamenti: “Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib”
whitehouse
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”