Dünya

Avstriyada silahlı şəxs məktəbdə 9 nəfəri öldürüb

10 İyun, 2025
40

Foto: BBC

İyunun 10-da Avstriyanın Qrats şəhərində silahlı şəxs məktəbə hücum edərək 9 nəfəri öldürüb. 

Avstriya mətbuatı ölənlərdən yeddisinin məktəblilər olduğunu, 30 nəfərin isə yaralandığını yazıb. 

Polis hücum edən şəxsin hadisə yerində ölü tapıldığını bildirib. 

Hücum edənin kimliyi və motivləri hələ ki açıqlanmayıb. 

Qrats şəhərinə yola düşən Avstriya kansleri Kristian Ştoker atışma ilə bağlı deyib ki, “bu, bütün ölkəmizi dərindən sarsıdan milli faciədir."


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

İran şəhərlərində küçədə it gəzdirmək qadağan edilib 

12 İyun 2025

Foto: BBC

İran hökuməti ən az 18 şəhərdə ictimai yerlərdə it gəzdirməyi qadağan edib.  Paytaxt Tehranda analoji qərar 2019-cü ildən qüvvədə olsa da, yeni qərar İsfahan, Həmədan, İlam və Kerman kimi şəhərləri də əhatə edib.  Qərara əsasən, itləri ictimai yerlərdə - küçələrdə, tarixi və mədəni abidələrin ərazilərində, parklarda, bazarlarda və ticarət obyektlərində – gəzdirmək qadağandır. Həmçinin, ev heyvanlarının ictimai nəqliyyatda daşınması da qadağan edilib.  Rəsmilər qadağanın “ictimai asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi və ictimai sağlamlığın mühafizəsi” üçün zəruri olduğunu bildirirlər. Qaydalara əməl etməyən vətəndaşlara qarşı görüləcək tədbirlər arasında cərimə, həbs, nəqliyyat vasitələrinin və itlərin müsadirəsi nəzərdə tutulur. İranın Ali lideri Ayətullah Əli...
Dünya

Gürcüstan Batumi etirazlarının simvolu olan fəalı deportasiya edib 

11 İyun 2025

Foto: Georgia Today

Gürcüstan hökuməti Batumi şəhərində yaşayan gürcü əsilli Türkiyə vətəndaşı Temur Katamadzeni (Qafar Yılmaz) Türkiyəyə deportasiya edib.  Bu barədə onun həyat yoldaşı Nino Kakulia “Exo Kavkaza” saytına bildirib.  2012-ci ildən Gürcüstanda məskunlaşan Katamadze ötən ildən başlayan hökumət əleyhinə etirazlarda fəal iştirak edib. Batumidəki nümayişlərdə Gürcüstan bayrağını daşıyan fəal siyasi camiədə “Batumi bayraqdarı” adını qazanıb.  O, bu il yanvarın 11-də polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 5 sutkalıq həbs olunub. Həbs müddətini başa vurduqdan sonra Katamadze yenidən, bu dəfə miqrasiya qanunvericiliyini pozmaq ittihamı ilə saxlanılıb. Daxili İşlər Nazirliyi onun Gürcüstanda yaşamaq hüququnun olmadığını bildirərək onu müvəqqəti saxlama mərkəzinə yerləşdirib. ...

Seçilmiş Videolar

Toplum TV loqo