Dünya

Britaniya Rusiyaya qarşı sanksiyalardan yayınmaya görə cərimələri iki dəfə artırıb

1 Sentyabr, 2026
21

açıq mənbə

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalardan yayınmaya görə cərimələri iki dəfə artırıb.
Əvvəllər Britaniyanın Maliyyə Sanksiyalarının Tətbiqi İdarəsi sanksiyaların pozulmasına görə pozuntunun dəyərinin 50 faizi həcmində cərimə tətbiq edə bilirdi. Yeni qaydalara əsasən, bu hədd 100 faizə qaldırılıb.

Britaniya hökuməti hesab edir ki, dəyişiklik sanksiyaların çəkindirici təsirini gücləndirəcək və məhdudiyyətlərə daha effektiv əməl olunmasına xidmət edəcək.

Böyük Britaniyanın maliyyə naziri Con Hili bildirib ki, London Rusiyaya iqtisadi təzyiqi artırmaqda davam edəcək:
“Biz Putinə iqtisadi təzyiqi artırır və ona qanunsuz müharibəni aparmaqda kömək edənlərə gizlənmək imkanı vermirik. Böyük Britaniya və müttəfiqlərimiz sanksiyalardan yayınma hallarını aşkar etmək və Rusiyanın təcavüzünü maliyyələşdirən şəbəkələri dağıtmaq üçün beynəlxalq əməkdaşlığı gücləndirməlidir”.

Britaniya hakimiyyəti, həmçinin Rusiyanın “A7” şəbəkəsi ilə bağlı milli xəbərdarlıq yayıb. Hökumətin məlumatına görə, şəbəkə sanksiyalardan yayınmaq üçün istifadə olunur.

“A7” özünü Rusiya biznesinin xarici ticarət əməliyyatlarını dəstəkləyən beynəlxalq hesablaşmalar sistemi kimi təqdim edir. Medianın məlumatına görə, sistem 2024-cü ildə “Promsvyazbank” və moldovalı oliqarx İlan Şor tərəfindən yaradılıb və sonradan sanksiyalardan yayınmaq üçün istifadə edilən vasitələrdən birinə çevrilib.

“A7”nin açıqladığı rəqəmlərə görə, 2025-ci ildə sistem vasitəsilə 115 milyard dollardan çox vəsait köçürülüb.

Britaniya hökuməti “A7” şəbəkəsinin İranın dövlət strukturları ilə də əlaqəli olduğunu iddia edir. Hökumətin fikrincə, bu əlaqələr şəbəkənin sanksiyalardan yayınma və qanunsuz maliyyə fəaliyyətindəki roluna qarşı mübarizənin vacibliyini göstərir.

2026-cı ilin iyulunda Avropa İttifaqı “A7” şirkətinin yaratdığı A7A5 steyblkoin layihəsinin rəhbəri Leonid Şumakova, “A7 Agent” və “A71” ödəniş agentlərinə, eləcə də “Promsvyazbank”ın sədr müavini Mixail Dorofeyevə sanksiya tətbiq edib.

“Promsvyazbank”ın özü də Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və digər ölkələrin sanksiyaları altındadır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ və İran bir aydan sonra ilk dəfə qarşılıqlı zərbələr endirib

31 Avqust 2026

sosial media

ABŞ İranın Larak adasında yerləşən iki raket buraxılış qurğusuna zərbə endirib. “Axios” ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokinsə istinadən yazır ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazına dəniz minaları yerləşdirməyə hazırlaşırdı. CENTCOM bildirib ki, ABŞ qüvvələri ötən həftə Hörmüz boğazındakı gəmiçilik marşrutlarının minalardan təmizlənməsini başa çatdırıb. Komandanlıq əməliyyatı “məhdud və dəqiq zərbələr” kimi xarakterizə edib və hədəfin birbaşa təhlükə yaradan SEPAH qüvvələri olduğunu açıqlayıb. Hücumdan sonra SEPAH bir neçə hərbçinin öldüyünü və yaralandığını bildirib və ABŞ-yə cavab veriləcəyini açıqlayıb. SEPAH-a yaxın “Tasnim” agentliyinin qeyri-rəsmi məlumatına görə, iki nəfər ölüb, iki nəfər yaralanıb. İran avqustun 31-də Larak adasına...
Dünya

Tramp Ontario gölünə “Amerika gölü” adının verilməsini tapşırıb

28 Avqust 2026

whitehouse

ABŞ prezidenti Donald Tramp Kanada ilə davam edən ticarət gərginliyi fonunda ABŞ-Kanada sərhədində yerləşən Ontario gölünün “Amerika gölü” adlandırılmasını nəzərdə tutan fərman imzalayıb. Fərmana əsasən, ABŞ-nin federal qurumları bundan sonra gölə istinad edərkən yeni addan istifadə etməlidir. ABŞ Geoloji Xidmətinin rəhbərliyi “Amerika gölü” adının ölkə daxilində rəsmi xəritələrdə də işlədiləcəyini bildirib. ABŞ-nin daxili işlər naziri Daq Berqam qərarı şərh edərkən ölkə ərazisində yerləşən və ya onunla həmsərhəd olan coğrafi obyektlərin adlarının “Amerikanın əzəmətini əks etdirməli olduğunu” deyib. Kanada hakimiyyəti isə Trampın qərarını qəbul etməyib və gölü bundan sonra da “Ontario gölü” adlandıracağını açıqlayıb. Kanadanın Baş naziri Mark Karni bildirib ki,...

Seçilmiş Videolar

Toplum TV loqo