sosial media
Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər qüvvəyə minib.
Yeni qaydalar Nazirlər Kabinetinin 6 mart 2026-cı il tarixli qərarı ilə müəyyən edilib.
Qərara əsasən, xüsusi istifadə su obyektlərindən su götürülməsini, su götürülmədən akvatoriyadan istifadəni və tullantı sularının su obyektlərinə axıdılmasını əhatə edir.
Xəzər dənizindən sənaye məqsədilə götürülən 10 min litr su üçün ödəniş 4 qəpik müəyyən edilib. Çay və göllərdən sənaye məqsədilə götürülən hər min litr su üçün 4 qəpik, kənd və meşə təsərrüfatı məqsədilə götürülən 10 min litr su üçün 1 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən 100 min litr su üçün isə 1 qəpik ödəniləcək.
Yeraltı sulardan sənaye məqsədilə götürülən hər min litr su üçün ödəniş 40 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən 100 min litr su üçün isə 2 qəpikdir.
Tullantı sularının su obyektlərinə axıdılması da ödənişlidir. Xəzər dənizinə məişət və sənaye tullantı sularının hər min litrinin axıdılmasına görə 1 qəpik ödəniləcək. Çay və göllərə məişət tullantı sularının hər min litri üçün 1 qəpik, sənaye tullantı suları üçün isə 4 qəpik tarif müəyyən edilib.
Tullantı suları təmizləyici qurğulardan keçirilərək müəyyən edilmiş normalara uyğunlaşdırıldıqdan sonra su obyektlərinə axıdılarsa, ödənişlər 0,7 əmsalı ilə hesablanacaq.
Qaydalar bütün su istifadəsi hallarına şamil edilmir. Məsələn, fiziki və hüquqi şəxslərin öz torpaq sahələrində, mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmadığı halda öz ehtiyacları üçün müəyyən yeraltı sulardan istifadə etməsi xüsusi məqsədlər üçün istifadə hesab edilmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
azərtac
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”