Siyasət

Azərbaycanda həbsdə olan ermənilərlə bağlı Avropa Məhkəməsinə müraciət olunub

1 Sentyabr, 2026
86

Azərtac

Ermənistanlı hüquq müdafiəçisi Siranuş Sahakyan Azərbaycanda həbsdə olan ermənilərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib. 

Bu barədə avqustun 31-də "Azadlıq Radiosu"nun erməni xidməti məlumat yayıb. 

Beynəlxalq instansiyalarda erməni məhbusları təmsil edən Sahakyan iddia edir ki, onlara qarşı açılan cinayət işləri siyasi təqib xarakterlidir. 

“Biz göstərmişik ki, nə beynəlxalq, nə də daxili qanunvericilik tanınmamış Dağlıq Qarabağ dövlətinin himayəsi altında keçmiş liderlərin və ya hərbi əsirlərin həyata keçirdiyi siyasi, hərbi və ya mülki fəaliyyətləri cinayət əməli kimi nəzərdə tutur”, - o bildirib.

Azərbaycanda həbsdə olan erməni iş adamı Ruben Vardanyanın vəkilləri də daha öncə AİHM-ə şikayət ünvanlayıblar. 

Əksəriyyəti Qarabağdakı keçmiş separatçı rejimin liderləri və rəsmiləri olan erməni məhbuslara bu il fevralın 5-də hökm oxunub. Hökmə əsasən, onlara 15 ildən ömürlük həbsə qədər cəzalar verilib. 

Təqsirləndirilən şəxslər Azərbaycana qarşı təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, azadlıqdan məhrum etmə, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq da daxil olmaqla 20-dən çox maddə ilə ittiham olunublar. 

Onların əksəriyyəti 2023-cü ilin sentyabrında Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində apardığı hərbi əməliyyatdan sonra erməni əhalinin köçü zamanı həbs olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ramiz Mehdiyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

15 Sentyabr 2026

sosial media

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi üzrə ibtidai istintaq başa çatıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hökumətə yaxın media qurumlarının əlumatına görə, işə hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclası sentyabrın 21-nə təyin olunub. Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və rüşvət almaqda ittiham olunur. Onun barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyevin ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb. Eyni iş çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli...
Siyasət

Ülviyyə Əli: "Həbsimiz İlham Əliyevin şüurlu seçimidir"

15 Sentyabr 2026

sosial media

Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Meydan TV"nin xəbərinə görə, hakim Zaur Hacıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə həbs olunan jurnalistlərdən Ülviyyə Əli (Quliyeva) ifadə verib.  Jurnalist ittihamları rədd edib və həbsinin siyasi sifarişli olduğunu bildirib.  "Bu gün mən İlham Əliyev və onun sadiq qullarını ittiham edirəm. Bizim həbsimiz hansısa ehtiyatsızlıqdan alınmış qərar deyil. Bizim həbsimiz İlham Əliyevin etdiyi şüurlu və məqsədli seçimdir, onun siyasi iradəsidir. Və bəli, mən sizi insan hüquqlarını tapdalamaqda, hüququn aliliyinə ləkə bulaşdırmaqda, öz tənqidçilərinizə qarşı dözümsüz yanaşmaqda, o kürsülərdə vətəndaşlarınızın canı və qanı bahasına əyləşməkdə,...

Seçilmiş Videolar

Toplum TV loqo