Bişkekdə Əliyev və Paşinyan əməkdaşlığın genişləndirilməsi müzakirə ediblər
president.az
Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
“AZƏRTAC”ın məlumatına görə, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh prosesinin hazırkı mərhələsi müzakirə olunub.
Tərəflər ötən il Vaşinqtonda keçirilmiş sammitin nəticələrinə, o cümlədən ABŞ prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamənin imzalanmasına və Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlər haqqında sazişin paraflanmasına toxunublar.
Görüş zamanı iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı, eləcə də enerji sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. İşgüzar dairələr arasında təmasların davam etdirilməsi də müsbət qiymətləndirilib.
Əliyev və Paşinyan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesini də müzakirə ediblər. Bildirilib ki, bu istiqamətdə yaradılmış dövlət komissiyalarının əldə olunan razılaşmalar əsasında fəaliyyətini davam etdirməsi vacibdir.
Görüşdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) reallaşdırılması istiqamətində atılacaq praktiki addımlar da müzakirə mövzusu olub.
Tərəflər birbaşa dialoqu davam etdirmək, münasibətlərin normallaşdırılması prosesini irəlilətmək və regional bağlantıların genişləndirilməsi istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”