Dünya

ABŞ və İran bir aydan sonra ilk dəfə qarşılıqlı zərbələr endirib

31 Avqust, 2026
25

sosial media

ABŞ İranın Larak adasında yerləşən iki raket buraxılış qurğusuna zərbə endirib.
“Axios” ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokinsə istinadən yazır ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazına dəniz minaları yerləşdirməyə hazırlaşırdı.

CENTCOM bildirib ki, ABŞ qüvvələri ötən həftə Hörmüz boğazındakı gəmiçilik marşrutlarının minalardan təmizlənməsini başa çatdırıb. Komandanlıq əməliyyatı “məhdud və dəqiq zərbələr” kimi xarakterizə edib və hədəfin birbaşa təhlükə yaradan SEPAH qüvvələri olduğunu açıqlayıb.

Hücumdan sonra SEPAH bir neçə hərbçinin öldüyünü və yaralandığını bildirib və ABŞ-yə cavab veriləcəyini açıqlayıb. SEPAH-a yaxın “Tasnim” agentliyinin qeyri-rəsmi məlumatına görə, iki nəfər ölüb, iki nəfər yaralanıb.

İran avqustun 31-də Larak adasına hücuma cavab olaraq Birləşmiş Ərəb Əmirliklərində ABŞ qüvvələrinin yerləşdiyi Əl-Minhad aviabazasına zərbə endirdiyini də açıqlayıb. BƏƏ Müdafiə Nazirliyi isə aviabazaya hücum edilməsi barədə məlumatı təkzib edib.

SEPAH həmçinin İordaniyadakı Kral Hüseyn və Əl-Əzraq bazalarına ballistik raketlərlə zərbələr endirdiyini iddia edib.

ABŞ və İran iyulun ortalarında 60 günlük atəşkəs və Hörmüz boğazının açılmasını nəzərdə tutan razılaşma imzalasa da, qarşıdurma davam edib. Avqustun 20-də ABŞ prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyatın başladığını elan edib. Tehran bunu “iqtisadi terrorizm” adlandırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp Ontario gölünə “Amerika gölü” adının verilməsini tapşırıb

28 Avqust 2026

whitehouse

ABŞ prezidenti Donald Tramp Kanada ilə davam edən ticarət gərginliyi fonunda ABŞ-Kanada sərhədində yerləşən Ontario gölünün “Amerika gölü” adlandırılmasını nəzərdə tutan fərman imzalayıb. Fərmana əsasən, ABŞ-nin federal qurumları bundan sonra gölə istinad edərkən yeni addan istifadə etməlidir. ABŞ Geoloji Xidmətinin rəhbərliyi “Amerika gölü” adının ölkə daxilində rəsmi xəritələrdə də işlədiləcəyini bildirib. ABŞ-nin daxili işlər naziri Daq Berqam qərarı şərh edərkən ölkə ərazisində yerləşən və ya onunla həmsərhəd olan coğrafi obyektlərin adlarının “Amerikanın əzəmətini əks etdirməli olduğunu” deyib. Kanada hakimiyyəti isə Trampın qərarını qəbul etməyib və gölü bundan sonra da “Ontario gölü” adlandıracağını açıqlayıb. Kanadanın Baş naziri Mark Karni bildirib ki,...
Dünya

Lavrov: “Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib”

28 Avqust 2026

sosial media

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan hakimiyyətinin Avropa İttifaqına (Aİ) inteqrasiya siyasətini tənqid edib. O, avqustun 28-də RBC-yə müsahibəsində bildirib ki, Ermənistanın eyni zamanda həm Avropa İttifaqına, həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) inteqrasiyası mümkün deyil. Lavrov xatırladıb ki, Ermənistan Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun qəbul edib. Onun sözlərinə görə, Aİİ ölkələri mayda keçirilən sammitdə Ermənistan rəhbərliyini referendum keçirməyə və ölkənin Aİ-yə qoşulmaq, yoxsa Aİİ-də qalmaq istədiyinə aydınlıq gətirməyə çağırıb. Rusiya XİN rəhbəri Ermənistanın baş naziri Nikol Paşinyanın Aİ-yə üzvlüklə bağlı müraciət təqdim edildikdən, buna cavab alındıqdan və üzvlük üzrə “yol xəritəsi” hazırlandıqdan sonra referendumun keçirilə biləcəyi...

Seçilmiş Videolar

Toplum TV loqo