Yaxınları: “Ələsgər Məmmədlinin qan analizlərində normadan kənar göstəricilər aşkarlanıb”
sosial media
"Toplum TV"-nin həbsdə olan həmtəsisçisi, 14 il azadlıqdan məhrum edilən Ələsgər Məmmədlinin qan analizlərinin nəticələrində bir neçə göstəricinin normadan xeyli yüksək və ya aşağı olduğu məlum olub.
Bu barədə onun həyat yoldaşı Günay Məmmədli məlumat yayıb.
Onun sözlərinə görə, ümumi və kimyəvi analizlərin nəticələri Ə.Məmmədliyə yalnız yenidən ərizə ilə müraciət etdikdən sonra təqdim olunub.
Günay Məmmədli qeyd edib ki, Ə.Məmmədlinin ultrasəs müayinəsi (USM) müayinəsi hələ də aparılmayıb. Buna səbəb kimi USM həkiminin tapılmaması göstərilib: “Ürək müayinəsi üçün götürülən analizlərin nəticələri barədə də hələ məlumat yoxdur”.
G.Məmmədlinin sözlərinə görə, həyat yoldaşında boğulma, yuxusuzluq, yüksək təzyiq, ürəkdöyünmə tutmaları və ağrılar davam edir.
O bildirib ki, ailənin Ə.Məmmədlinin səhhətinin ağırlaşması ilə bağlı aidiyyəti qurumlara müraciət etməsindən bir aydan çox vaxt keçsə də, onun tam müayinəsi aparılmayıb.
Avqustun 25-də G.Məmmədli həyat yoldaşının səhhətində yaranan ağırlaşmalardan sonra xeyli zəiflədiyini bildirmişdi. Onun sözlərinə görə, həmin vaxt Ə.Məmmədlidə nəfəs darlığı, boğulma, yüksək ürək döyüntüsü və təzyiq davam edirdi.
Ələsgər Məmmədli 2024-cü il martın 8-də Bakıda klinikalardan birindən çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb və həbs olunub.
Ailəsi və vəkilləri mütəmadi olaraq onun səhhətindəki problemlərlə bağlı narahatlıqlarını dilə gətirirlər. Vəkili bu səbəbdən onun ev dustaqlığına buraxılması üçün dəfələrlə vəsatət qaldırsa da, indiyədək heç biri təmin edilməyib.
İyulun 27-də "Toplum TV işi" üzrə keçirilən yekun məhkəmə prosesində Ə.Məmmədliyə 14 il həbs cəzası verilib.
O, qaçaqmalçılıq, vergidən yayınma və qanunsuz sahibkarlıq da daxil olmaqla bir sıra cinayətlərdə ittiham olunur. Ə.Məmmədli ittihamları qəbul etmir, hakimiyyətin sifarişi ilə həbs olunduğunu bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Ramil Babayev ədliyyə nazirinə: “Siyasi məhbuslara verilən işgəncələr dərhal dayandırılsın”
Toplum TV
president.az
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib