Dünya

Saxarov Mükafatı Beynəlxalq Cinayət Məhkəməsinə verilib

23 Oktyabr, 2026
12

sosial media

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) və onun rəsmiləri Avropa Parlamentinin 2026-cı il üzrə Saxarov Fikir Azadlığı Mükafatına layiq görülüb.
Avropa Parlamentinin prezidenti Roberta Metsola qərarı oktyabrın 22-də Strasburqda keçirilən plenar iclasda açıqlayıb.
“Avropa İttifaqı çoxtərəfliliyə və beynəlxalq institutlara hörmət üzərində qurulub. Bu mükafat məhkəmənin beynəlxalq hüququn və ədalətin qorunmasında gördüyü mühüm işi tanıyır”, - Metsola deyib.

Haaqada yerləşən BCM soyqırım, hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və təcavüz cinayətləri ilə ittiham olunan şəxslər barədə araşdırma aparır, zərurət olduqda onları mühakimə edir.
Avropa Parlamenti mükafatın Məhkəmənin araşdırmalar, ittihamlar, məhkəmə prosesləri, eləcə də həbs orderlərinin verilməsi və ya təsdiqlənməsi daxil olmaqla fəaliyyətinə diqqət çəkdiyini bildirib.

BCM uzun müddətdir ABŞ prezidenti Donald Trampın hədəfindədir. Məhkəmə 2024-cü ildə İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs orderi çıxardıqdan sonra ABŞ-nin Məhkəməyə təzyiqi daha da artıb.

Avropa Parlamenti ABŞ-nin 2025-ci ildən BCM-yə, onun prokurorlarına, hakimlərinə, əməkdaşlarına və tərəfdaşlarına tətbiq etdiyi sanksiyaları beynəlxalq ədalət sisteminə ciddi hücum kimi qiymətləndirib.
BCM prezidenti Tomoko Akane Məhkəmənin üzləşdiyi “misli görünməmiş çətinliklər” fonunda mükafatın xüsusi əhəmiyyət daşıdığını bildirib.

“Bu, məhkəmənin mandatını müstəqil və qərəzsiz şəkildə yerinə yetirməsi, ədalətə və ən ağır cinayətlərin qurbanlarına xidmət etməsi üçün davamlı beynəlxalq əməkdaşlıq və dəstəyin vacibliyini göstərir. Ədalət olmadan sülh, hüquq olmadan təhlükəsizlik yoxdur”, - Akane deyib.

Sovet fiziki və siyasi dissident Andrey Saxarovun adını daşıyan mükafat 1988-ci ildə təsis olunub. Avropa Parlamenti bu mükafatı hər il insan və fundamental hüquqların, xüsusilə ifadə azadlığının müdafiəsi, azlıqların hüquqlarının qorunması, beynəlxalq hüquqa hörmət, demokratiyanın inkişafı və hüququn aliliyinin müdafiəsi sahəsində fəaliyyət göstərən şəxslərə və ya təşkilatlara verir.

Mükafatın təqdimetmə mərasimi dekabrda, Avropa Parlamentinin Strasburqdakı plenar sessiyası çərçivəsində keçiriləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Putin və Uitkoff görüşü: Moskva üçtərəfli danışıqlara razılaşıb, ABŞ dizel razılaşmasına görə təşəkkür edib

22 Oktyabr 2026

RIA Novosti

Rusiya prezidenti Vladimir Putinlə Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff oktyabrın 21-də Sankt-Peterburqda üç saatlıq görüş keçirib. Uitkoff Osloda Ukrayna prezidenti Volodimir Zelenski və Avropa tərəfdaşları ilə apardığı danışıqlarda müzakirə olunan təklifləri Putinə çatdırıb. O, ABŞ, Rusiya və Ukrayna arasında sülh nizamlanması ilə bağlı üçtərəfli danışıqların keçirilməsini təklif edib. Ağ Evin xüsusi nümayəndəsi həmçinin dizel yanacağı ilə bağlı razılaşmaya və ABŞ vətəndaşı Stiv Habbardın azad edilməsinə görə Moskvaya təşəkkür edib. Stiv Habbard 2022-ci ildən Rusiyanın nəzarətində olan ərazidə saxlanılan 74 yaşlı, təqaüddə olan amerikalı müəllimdir. Rusiya onu Ukrayna tərəfində muzdlu döyüşməkdə ittiham edərək 2024-cü ildə 6 il 10 aya yaxın...
Dünya

NYT: “ABŞ və İsrail Konqresə seçkilərdən sonra İrana yeni zərbələr planı hazırlayır”

22 Oktyabr 2026

sosial media

ABŞ və İsrailin ABŞ Konqresinə 3 noyabrda keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları bərpa etməyi planlaşdırdığı bildirilir. “The New York Times” (NYT) mümkün hərbi əməliyyatlarla bağlı müzakirələrdən xəbərdar mənbələrə istinadən yazıb ki, plan İranın nüvə obyektləri, enerji infrastrukturu, raket və pilotsuz uçuş aparatı anbarlarına qarşı qısa, lakin intensiv əməliyyatı nəzərdə tutur. Nəşr Kolanq-Qaz-La dağının altında yerləşən ehtimal edilən yeraltı nüvə obyektini də mümkün hədəflərdən biri kimi göstərib. Bəzi ABŞ rəsmiləri qəzetə bildiriblər ki, Vaşinqton İranın neft emalı zavodlarına zərbə endirməkdən yayınmaq niyyətindədir. Bu, prezident Donald Trampın benzin qiymətlərinin daha da bahalaşacağı ilə bağlı narahatlığı ilə əlaqələndirilir. NYT-nin yazdığına...

Seçilmiş Videolar

Toplum TV loqo