Dünya

Gürcüstanda beş müxalifət partiyasının qadağan edilməsi üzrə məhkəmə başlayıb

23 Oktyabr, 2026
9

Toplum TV

Gürcüstanın Konstitusiya Məhkəməsi ölkənin beş əsas müxalifət partiyasının qadağan olunması tələbi ilə verilən iddiaya baxmağa başlayıb.

“OC Media”nın oktyabrın 22-də yaydığı məlumata görə, məhkəmə hakim “Gürcü Arzusu” partiyasının iddiasını təmin etsə, bu, müstəqil Gürcüstan tarixində görünməmiş siyasi vəziyyət yarada bilər.
İddia Vahid Milli Hərəkat, “Dəyişiklik naminə koalisiya”, “Lelo”, “Gürcüstan naminə” və “Federalistlər” partiyalarını əhatə edir. Bu partiyalardan dördü 2024-cü il parlament seçkilərində baryeri keçib. “Federalistlər” isə seçkilərdə iştirak etməyib.

“Gürcü Arzusu” bu siyasi qüvvələrin Vahid Milli Hərəkatla əlaqəli olduğunu və ölkədə sabitliyi pozmağa çalışdığını iddia edir. Hakim partiya öz mövqeyini parlament istintaq komissiyasının hesabatına əsaslandırır.
Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri isə prosesi siyasi rəqibləri sıradan çıxarmaq cəhdi kimi qiymətləndirirlər. Təxminən 20 ictimai təşkilatın birgə bəyanatında bildirilib ki, partiyaların qadağan olunması ölkədə birpartiyalı idarəçiliyi gücləndirə bilər.

Avropa Komissiyasının sözçüsü Kristian Viqand da prosesin ədalət sistemindən siyasi məqsədlərlə istifadə olunduğu təəssüratı yaratdığını deyib. Gürcüstan Xarici İşlər Nazirliyi isə Aİ nümayəndələrini məhkəmə işinə təsir kimi görünə biləcək addımlardan çəkinməyə çağırıb.

Məhkəmə qərarının bir neçə ay çəkə biləcəyi, ən geci 2027-ci ilin iyununa qədər qəbul olunacağı bildirilir. Qərardan şikayət vermək mümkün olmayacaq.

İddia təmin edilərsə, qadağan olunan partiyaların eyni məqsəd və tərkiblə yeni ad altında fəaliyyətə başlaması da çətinləşəcək. Bu isə 2028-ci il parlament seçkilərinin rəqabətsiz keçəcəyi ilə bağlı narahatlıqları artırır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib

23 Oktyabr 2026

sosial media

ABŞ federal məhkəməsi prezident Donald Trampın Britaniyanın BBC yayım şirkətinə qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiası üzrə dekabrın 11-dək ifadə verməsi barədə qərar çıxarıb. Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb. Magistrat hakim Enjolike Lett qərarı BBC-nin vəkillərinin Trampı məhkəmə prosesində ifadə verməyi gecikdirməkdə ittiham etməsindən sonra qəbul edib. BBC-nin vəkili Çarlz Tobin bildirib ki, sübutların toplanması üçün ayrılan müddətin başa çatmasına iki ay qalsa da, yayım şirkəti hələ Trampın ifadəsini ala bilməyib. Tərəflər Trampın oktyabrın 16-da ifadə verməsi barədə razılaşsalar da, prezident həmin tarixi “milli əhəmiyyətli məsələlər”lə əlaqədar ləğv edib. Tobinin sözlərinə görə, Tramp həmin gün Corciya...
Dünya

Trampın kürəkəninin Azərbaycan vasitəsilə yüz milyonlarla dollar aldığı iddia olunur

23 Oktyabr 2026

açıq mənbə

ABŞ prezidenti Donald Trampın kürəkəni və onun ilk prezidentlik dövründə baş müşaviri olmuş Cared Kuşnerin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) bank hesabına çıxışı olduğu, həmin hesaba isə Azərbaycandakı bir bankdan yüz milyonlarla dollar köçürüldüyü iddia olunur. Bu iddia araşdırmaçı jurnalist Metyu Koulun hələ satışa çıxmamış “Şahzadələr və oğrular” adlı kitabında yer alıb. Kitabdan Kuşnerlə bağlı hissəni “Vanity Fair” jurnalı oktyabrın 22-də dərc edib. Koulun yazdığına görə, Niderlandın Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti Kuşnerin telefonunu izləyərkən onun Dubayda yerləşən bank hesabına daxil olduğunu müəyyən edib. Müəllifin diqqətini çəkən əsas məqam isə hesabdakı yüz milyonlarla dolların Azərbaycandakı bankdan köçürülməsi olub. Müəllif iddia edir...

Seçilmiş Videolar

Toplum TV loqo